Trampdan Ruhani ilə görüşməyə yaşıl işıq
ABŞ Prezidenti Donald Tramp, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası zamanı İran Prezidenti Həsən Ruhani ilə görüşmək ehtimalına açıq olduğunu deyib.
ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə keçirilən bir tədbirdə mətbuat nümayəndələrinin xarici siyasətlə bağlı suallarını cavablandırıb.
"Marja" xəbər verir ki, İranda bir rejim dəyişikliyi arxasınca olmadıqlarını qeyd edən Tramp, İranın 2,5 il əvvəlki ölkə olmadığını və ABŞ ilə müqavilə bağlamağı çox istədiyini iddia edib.
Bu ayın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası danışıqlarında İran Prezidenti Ruhani ilə görüşüb, görüşməyəcəyinə dair bir suala Tramp, "Bilmirəm. Hər şey mümkündür. Öz problemlərini həll etmək istəyirlər. Maliyyə olaraq pisə gedirlər. Biz bu problemləri 24 saatda həll edə bilərik",- deyərək cavab verib.
"Makron vasitəsilə danışıqlar aparmırıq"
Fransa Prezidenti Emmanuel Makronun vasitəçilik təşəbbüsünə toxunan Tramp,"Prezident Makronun təşəbbüsünü təqdir edirəm, amma Makron üzərindən danışıqlar aparmırıq, birbaşa danışırıq. Anlaşılmaq (İran ilə) üçün heç kəsə ehtiyacımız yoxdur, birbaşa müqavilə bağlaya bilərik", -şəklində danışıb.
"Huawei milli təhlükəsizlik məsələsidir"
Tramp, Çinin "Huawei" şirkəti ilə bağlı,"Huawei, ordumuz və xüsusi xidmət orqanlarımız üçün əhəmiyyətli bir narahatlıq mənbəyidir. Bu səbəbdən Huawei ilə iş görmürük. Bu bir milli təhlükəsizlik məsələsidir", -ifadəsini istifadə edib.
İngiltərədəki son proseslərə də toxunan Tramp, Baş nazir Boris Consonun yaxşı bir dostu olduğunu vurğulayaraq, "Boris necə qazanacağını bilir. Onun üçün narahat olmağınıza ehtiyac yoxdur", - şərhini edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















