Bank kreditlərin yenidən maliyyələşdirilməsini təklif edir
Bank VTB (Azərbaycan) kreditlərin yenidən maliyyələşdirilməsi proqramına start verir.
Bankın yaydığı məlumatda bildirilir ki, “Refinans” kreditin faiz dərəcəsi 18%-dən başlayır. Proqram müştərilərə müxtəlif banklardakı kreditlərini bir kreditdə birləşdirməyə və faiz dərəcəsini azaltmağa imkan verir.
Proqramın əsas üstünlüyü mövcud olan borcun yenidən maliyyələşməsi ilə yanaşı, əlavə nağd vəsaitin əldə edilməsidir. Kreditin həcmi borcalanın gəlir səviyyəsindən asılıdır. Kredit manatla və 12 aydan 48 ayadək verilir. Kreditin məbləği 1 000 – 15 000 manat təşkil edir.
“Yenidən maliyyələşdirmə proqramı müştərilərə aylıq ödənişlərini optimallaşdırmağa və öz ehtiyacları üçün əlavə olaraq nağd vəsait əldə etməyə imkan verir” - deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü Dmitriy Qalaşev qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















