İkinci rübdə Gürcüstana yatırılan investisiyaların həcmi 50 faizdən çox azalıb
Cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 53,7 faiz azalıb.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, ikinci rübdə Gürcüstan iqtisadiyyatına 187 milyon ABŞ dolları həcmində xarici sərmayə qoyulub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,7 faiz azdır.
Birbaşa xarici investisiyaların azalması magistral qaz kəmərinin tikintisinin başa çatması, qeyri rezidentlərin birbaşa xarici investorlar qarşısında öhdəliklərinin azalması və reinvestisiyaların həcminin azalması ilə bağlı olduğu bildirilir.
Hesabat dövründə ən çox sərmayə enerji sektoruna yatırılıb (63,7 milyon dollar). Bu da ümumi investisiyaların 34 faizini təşkil edib. İkinci yerdə istehsal sənayesidir ki, buraya 38,4 milyon dollar investisiya qoyulub.
Gürcüstanda ən çox investisiya qoyulan sahələr sırasında üçüncü yerdə otel və restoran biznesidir. Hesabat dövründə bu sahəyə 28,1 milyon dollar sərmayə yatırılıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























