Bank “Sahil” filialının ünvanını dəyişdi
AFB Bank-ın "Sahil" filialı artıq yeni ünvanda fəaliyyət göstərəcək. Filialın yeni ofisinin açılışı keçirilib.
Bankın yaydığı məlumatda bildirilir ki, müasir üslubda dizayn olunmuş "Sahil" filialı, vətəndaşlara hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir. Yenilənmiş filial həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərməkdə davam edəcək.
SƏDRDƏN YENİ FİLİALLAR MESAJI
“Yeni ünvana köçürülən Bankımızın “Sahil” filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şərait və imkanlarla təmin olunub. Yeni inkişaf strategiyasını həyata keçirən bankımız yaxın gələcəkdə həm paytaxtda, həm də regionlarda yeni filiallarla vətəndaşları sevindirəcək” - deyə, AFB Bank-ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Aydın Hüseynov bildirib.
Qeyd edək ki, AFB Bank-ın Sahil filialı bazar ertəsi – cümə saat 9:30-dan 17:00-a kimi müştərilərin xidmətindədir. Ünvan: Nizami küçəsi 111.
Ölkənin ən dinamik inkişaf edən banklarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















