ABŞ-da işdən çıxan direktor sayında rekord
ABŞ şirkətlərində vəzifələrindən ayrılan İcraçı direktorların (CEO) sayı avqust ayında rekord səviyyəyə yüksəlib.
"Marja" xəbər verir ki, qlobal kapital bazarı müşavirliyi və rəhbər təlimatlandırma şirkəti "Challenger, Gray & Christmas" tərəfindən hazırlanan hesabata görə, işini tərk edən CEO-ların sayı Avqustda ötən ilin eyni ayı ilə müqayisədə 3% artım göstərərək 159 olub. Bu say, bugünə qədərki ən yüksək aylıq rəqmdir. Keçən ilin eyni ayda işdən çıxan İcraçı direktorların sayı 154 olmuşdu.
Vəzifəsindən ayrılan İcraçı direktor sayı əvvəlki ayla müqayisədə 28% artıb. İyulda 124 İcraçı direktor işdən çıxmışdı.
İlin ilk 8 ayında işdən çıxan İcraçı direktor sayı 15 faiz artımla 1009-a çatıb. Beləliklə, 2008 böhranı dövründə görülən 992 rəqəmi də aşılıb və ən pis 8 ay qeydə alınıb.
"Challenger, Gray & Christmas"ın Sədr müavini Andrew Challenger, "Qlobal ticarət müharibəsi və bazarda baş verən qeyri-müəyyənliyin artması, bir çox şirkətin yeni lider tapmaq üçün bu anı seçməsi təsadüfi deyil" - deyib.
Challenger, ən azı 10 əməkdaşı olan və iki ildən bəri fəaliyyət göstərən şirkətlərdə İcraçı direktor dəyişikliklərini təqib edir.
2018-ci ildə işini itirən İcraçı direktor sayı min 452 olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















