"Neft obyektlərinə hücumun arxasında İranın olduğuna inanıram"
ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya aid obyektlərə təşkil olunan hücumun arxasında İranın durduğuna inandığını, ancaq qəti nəticəyə gəlmək üçün araşdırmaların davam etdiyini açıqlayıb.
"Marja" xəbər verir ki, Tramp, Bəhreyn vəliəhd Şahzadəsi Salman bin Həmid Əl Xəlifə ilə görüşdən öncə Oval Ofisdə jurnalistlərə açıqlamalar verib.
"Saudi Aramco"ya aid obyektlərə təşkil olunan hücumun arxasında İranın olub-olmadığına dair suala Tramp, "Belə görünür. Tam olaraq nə olduğunu öyrənəndə sizə deyəcəyik, hazırda araşdırmalar davam edir", - deyib.
Həmçinin Tramp hazırda İran Prezidenti Həsən Ruhani ilə planlaşdırılmış bir görüş olmadığını qeyd edib.
"ABŞ müharibəyə hazırdır"
İran ilə müharibə istəmədiyini, ancaq ölkəsinin döyüş təyyarələri, raketlər kimi ən yaxşı silah sistemlərinə sahib olduğunu bildirən Tramp, "ABŞ, müharibəyə tarixdə heç bir ölkənin olmadığı qədər hazırdır", - ifadəsini istifadə edib.
Tramp, İran ilə bütün diplomatiya yollarının tükənib-tükənməməsinə dair suala, "Yox, diplomatiya əsla tükənməz. Nə olacağını əsla bilməzsiniz. Bir müqavilə bağlamaq istədiklərini bilirəm. Bir nöqtədə bu işə yarayacaq", - şəklində cavab verib.
Səudiyyə Ərəbistanına hər hansı söz verib vermədiyi soruşulan Tramp, "Yox, səudiyyəlilərə bir söz verməmişəm. Səudiyyə ilə oturub, bəzi şeylərə qərar verməliyik",- deyib.
Tramp, Xarici işlər naziri Mike Pompeo və başqa rəsmi şəxslərlə yaxın zamanda Səudiyyə Ərəbistanına gedəcəyini bildirərək Bəhreyn Vəliəhd Şahzadəsi Salman ilə də "Aramco" obyektlərinə təşkil edilən hücumu və İran mövzusunu müzakirə edəcəklərini bildirib.
"Saudi Aramco"nun neft obyektlərinə hücum
Ötən şənbə günü Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya aid iki müəssisədə, dronlar ilə təşkil olunan hücumların ardından yanğın çıxmışdı.
Hadisədə ölən ya da yaralanan olmayıb. Yəməndəki Husilər hücumun məsuliyyətini üzərinə götürüblər.
Yəməndəki İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanın bəzi bölgələrini dronlar ilə də hədəfə alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















