Tanınmış səyahət şirkəti batdı
İngiltərənin 178 illik səyahət şirkəti "Thomas Cook" şirkətini xilas etmək üçün apardığı təcili danışıqlar nəticə verməyib və şirkət batıb.
İngiltərənin ən tanınmış 178 illik səyahət şirkəti "Thomas Cook" borc içində rəsmən batıb.
"Marja" xəbər verir ki, "Thomas Cook" tərəfindən verilən açıqlamada, şirkətin əlavə maliyyə cəlb etmək səylərinin uğursuz olduğu və iflas üçün Londondakı ali məhkəməyə müraciət etdiyi qeyd edilib.
"Thomas Cook" tərəfindən bütün sifarişlərin, uçuşların və tətillərin ləğv edilməsi təşvişlə qarşılanıb.
HƏMÇİNİN OXU: Böyük səyahət şirkəti iflasın kandarındadır
"Thomas Cook" istirahətdə olan İngiltərə vətəndaşlarının ölkəyə geri gətirilməsi üçün ən böyük əməliyyatlarından birini başladıb.
"Tomas Cook"un investorlara apardığı təcili danışıqların nəticə verməməsinni ardından şirkətin çöküşü reallaşıb.
Tur operatorunun batması ilə 22 min nəfər işlərini itirmək riski ilə qarşı-qarşıya qalıb.
"Thomas Cook" şirkətin çətin vəziyyətini tətil nöqtələrində uzanan siyasi qeyri-müəyyənlik, İngiltərədə yay aylarının normadan isti keçməsi və müştərilərin Brexit-ə görə sifarişlərini ləngitməsilə əlaqələndirirdi.
Ancaq şirkət, internetdə fəaliyyət göstərən tur operatorları və ucuz biletli təyyarə şirkətləri ilə kəskin rəqabət içində idi.
Əlavə olaraq, bir çox istirahət edən artıq tur operatorundan istifadə etmir və özü istirahətini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















