“Şirkətlərə anında dəstək” krediti bazara çıxdı
Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin inkişafına dəstək məqsədilə yeni məhsulunu təqdim edib.
Bankın hər bir korporativ müştərisi, o cümlədən kiçik və orta sahibkarlar anidən yaranan ehtiyacları üçün 100.000 manata qədər krediti Azərbaycan Beynəlxalq Bankından rahatlıqla əldə edə və ehtiyaclarını qarşıladıqdan sonra kredit borclarını tam, yaxud hissə-hissə ödəyə bilərlər. “Şirkətlərə anında dəstək” kreditinin əsas üstünlüyü müştərinin müraciətindən sonra çox qısa müddətdə rəsmiləşdirilməsidir. Bundan başqa, kreditin rəsmiləşdirilməsi prosedurları da sadədir.
Kreditor borclarının ödənilməsi, əmək haqqı ödənişlərinin həyata keçirilməsi, biznes fəaliyyətində gözlənilmədən ortaya çıxan xərclərin qarşılanması və s. bu kimi qısamüddətli öhdəliklərinin yerinə yetirilməsindən ötrü Bank sahibkarlara belə bir imkanı yaradır.
Kreditin özəllikləri:
• Kreditin məbləği - 100.000 manatadək
• Kreditin müddəti - 3 ayadək
• İllik faiz dərəcəsi - 16%-dən başlayaraq
Krediti bankın bütün filiallarından əldə etmək mümkündür. Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, belə məhsulların yaradılmasında məqsəd sahibkarların maliyyə tərəfdaşı olaraq Azərbaycan Beynəlxalq Bankının onların maliyyə vəsaitləri ilə bağlı bütün ehtiyaclarını yerinə yetirə bilməsidir: “Qısamüddətli öhdəliklərin yaranması, biznesdə tez-tez baş verən normal bir haldır. “Şirkətlərə anında dəstək” krediti isə belə vəziyyətlərdə sahibkarları qayğıdan azad edir. Onlar Azərbaycan Beynəlxalq Bankının bu kredit məhsulundan faydalanmaqla biznes layihələrini hər hansı çətinlik yaranmadan fasiləsiz icra edə bilərlər. Korporativ biznesin inkişafına yönələn bu cür addımlarımız davamlı olacaq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















