Mərkəzi Bankın valyuta ehtiyatlarına dair yeni proqnoz
Beynəlxalq Valyuta Fondu (International Monetary Fund – IMF) Azərbaycan Mərkəzi Bankının (AMB) 2019-2024-cü illər üzrə valyuta ehtiyatlarına dair proqnozlarını yeniləyib.
IMF-in dərc etdiyi hesabata görə, əgər bu ilin aprel ayında Fond cari ilin sonuna AMB-nin valyuta ehtiyatlarını 6 mlrd. ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırırdısa, yeni hesabatda bu göstəricinin 2019-cu ilin sonunda 7,01 mlrd. dollara çatacağını bildirilir.
IMF-in proqnozlarına əsasən, 2020-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 7,31 mlrd. dollar (aprel proqnozu – 6,3 mlrd. dollar), 2021-ci ildə – 7,61 mlrd. dollar, 2022-ci ildə – 7,91 mlrd. dollar, 2023-cü ildə – 8,21 mlrd. dollar, 2024-cü ildə isə 8,51 mlrd. dollar təşkil edəcək.
Bundan başqa, IMF-in hesablamalarına görə, 2019-cu ilin sonunda AMB-nin valyuta ehtiyatlarının həcmi qeyri-neft sektorunda idxal xərclərini 5,9 ay, 2020-ci ildə – 6,3 ay, 2021-ci ildə – 6,8 ay, 2022-ci ildə – 7,4 ay, 2023-cü ildə – 7,8 ay, 2024-cü ildə isə 8,3 ay ödəməyə imkan verəcək.
Qeyd edək ki, bu ilin avqust ayının 30-na AMB-nin valyuta ehtiyatları 6,01 mlrd. dollar təşkil edib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















