"Günay Sığorta"nın maliyyə vəziyyətinə nəzarət edən şəxslər dəyişdirilir
28 Oktyabr 2019-cu il tarixində "Günay Sığorta" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Marja" şirkətin bildirişinə istinadən xəbər verir ki, yığıncaqda "Cəmiyyətin Təftiş Komissiyasının tərkibinin dəyişilməsi" müzakirə ediləcəkdir.
Hazırda "Günay Sığorta" ASC-də Təftiş komissiyasının sədri vəzifəsi boşdur. Komissiyanın üzvləri isə Elşən Süleymanov və Vüqar Abdullayevdir.
Məlumat üçün bildirək ki, Təftiş Komissiyası sığortaçının maliyyə təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir.
Sığortaçının Təftiş Komissiyasının vəzifələri aşağıdakılardır:
- sığortaçının maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan əməliyyatlara və ya şəraitə nəzarət etmək;
- illik maliyyə nəticələrini müzakirə etmək üçün müstəqil auditorla görüşlər keçirmək;
- sığortaçının rəhbər işçilərinin müstəqil auditorla birgə işini təşkil etmək, müstəqil auditorun aşkarladığı çatışmazlıqların aradan qaldırılması və tövsiyələrinin tətbiqi üçün tədbirlər görmək;
- sığortaçının idarəetmə orqanlarının müstəqil auditorlarla, səlahiyyətli dövlət orqanları, o cümlədən sığorta nəzarəti orqanı ilə əməkdaşlığını təmin etmək;
- sığortaçının daxili nəzarət sisteminin səmərəliliyini İdarə Heyəti ilə müzakirə etmək;
- sığortaçının maliyyə hesabatlarına, o cümlədən illik balansına baxmaq, müvafiq irad və tövsiyələrini Direktorlar Şurasına bildirmək;
- Direktorlar Şurasının təqdimatı əsasında əlaqəli şəxslərlə bağlanmasına bu Qanunla icazə verilən əqdlərə rəsmiləşdirilməzdən əvvəl baxmaq və əqdin bu Qanunun tələblərinə və sığortaçının maraqlarına uyğunluğu barədə rəy bildirmək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















