"Azərbaycanın bank sektorunda 153 milyon dollarlıq Avropa kapitalı var"
Avropanın Azərbaycanın bank sektorunda təxminən 153 mln. ABŞ dolları həcmində kapitalı mövcuddur.
Bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda çıxış edən Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədr vəzifəsini icra edən İbrahim Alışov deyib.
Onun sözlərinə görə, təxminən 30 mlrd. dollarlıq aktivi olan bank sektoru üçün bu, heç də pis göstərici deyil.
"Biz bank sektorunda 1,9 mlrd. manatlıq kapital inyeksiyasına nail olmuşuq. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin təxminən 1 mlrd. manatı xarici kapitallı bankların payına düşür. Ölkə üzrə 30 bankın 14-də xarici kapital mövcuddur. Ümumilikdə, ölkədə Avropa kapitallı 3 bank və 5 bank olmayan kredit təşkilatı var. Xarici kapitallı banklar tərəfindən inyeksiya edilən 1 mlrd. manatlıq vəsaitin 800 mln. manatı sırf xarici kapitaldır. Bu, ümumilikdə inyeksiya olunan "fresh" kapitalının təxminən 44%-ni əhatə edir. Ümumiyyətlə, Azərbaycanın bank aktivlərində bu gün xarici kapitallı bankların aktivləri təxminən 19%-ni təşkil edir", - deyə İ. Alışov bildirib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















