Raketlər Cənubi Koreyanın milli valyutasını "vurdu"
Von geosiyasi risklərlə dəyərdən düşüb
Şimali Koreyanın Şərq Dənizinə iki raket atdığı xəbəri ilə Cənubi Koreyanın milli valyutası von (won) dollar qarşısında 0,6% ucuzlaşıb.
Bölgədə səhmlər ucuzlaşıb, istiqrazlar isə bahalaşıb. ABŞ-ın dünən açıqlanmış zəif emal sektoru göstəricisi də geriləmələrə təsir göstərib.
MSCI AC Asiya Sakit Okean İndeksi 0.6% düşüb.
Cənubi Koreya Baş Qərargah İdarəsindən bildiriblər ki, Şimali Koreya səhər saatlarında iki raket atıb.
Raketlərdən birinin yerli vaxtla saat 07.20 radələrində Şərq Dənizinin ortalarına, digərinin isə Yaponiyanın şərq hissəsindəki sahil rayonlarından Shimane yaxınlarına düşdüyü açıqlanıb.
Raketlərin növünü müəyyən etməyən Cənubi Koreya ordusu rəsmiləri, mümkün yeni bir raket sınağına qarşı hazırlıqlı olduqlarını qeyd ediblər.
Sözügedən raket sınaqlarında hər hansı bir hərbi sursata zərər gəlmədiyi qeyd edilib.
Dünən Şimali Koreya hökuməti Vaşinqton və Pyongyang rəhbərliklərinin atom məsələsi ilə bağlı 4 Oktyabrda ilkin görüş və 5 Oktyabrda işçi səviyyəsində müzakirələr aparılmasına razılıq verdiklərini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















