Azərbaycanda 12 BOKT kapitalından "yeyib"
2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və maliyyə hesabatını açıqlamış 36 bank olmayan kredit təşkilatından (BOKT) 12-nin bu il yanvarın 1-nə balans kapitalı nizamnamə kapitalından azdır. Başqa sözlə, həmin BOKT-lar fəaliyyətdə olduqları müddətdə nizamnamə fondlarına qoyulmuş kapitaldan "yeyiblər".
Kapitalı ən çox azalmış kredit təşkilatı "Para" (37 milyon 304 min manat) , kapitalı ən az azalmış kredit təşkilatı isə "Finans İnvest" (10 min manat) olub.
24 BOKT isə kapitalını artırmağı bacarıb. Bu baxımdan ən yüksək göstərici "Embafinans"da (4 milyon 181 min manat), ən aşağı göstərici isə "Falcon Finance"da (0,001 milyon manat) qeydə alınıb.
6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.
№ | BOKT-un adı | BOKT-un balans kapitalı ilə nizamnamə kapitalı arasında fərq (milyon manatla) |
1 | Embafinans | 4,181 |
2 | FİNKA Azərbaycan | 3,852 |
3 | Finoko | 2,225 |
4 | Avrasiya Kredit | 2,131 |
5 | İcraçı Kredit Agentliyi | 2,108 |
6 | İnkişaf üçün maliyyə | 1,806 |
7 | Kredaqro | 0,862 |
8 | İDK | 0,842 |
9 | Aqrarkredit | 0,613 |
10 | İdeal Kredit | 0,440 |
11 | Molbulak | 0,394 |
12 | Qafqaz Kredit | 0,235 |
13 | Caspian Invest | 0,230 |
14 | Viator Mikrokredit Azərbaycan | 0,209 |
15 | Finex Kredit | 0,173 |
16 | Kredit Servis | 0,104 |
17 | Kəpəz | 0,082 |
18 | Effektinvest | 0,066 |
19 | Azmikroinvest | 0,057 |
20 | Azərbaycan Mikro-Kredit | 0,055 |
21 | Premier Kredit | 0,043 |
22 | Merkuri | 0,015 |
23 | Azinvestkredit | 0,008 |
24 | Falcon Finance | 0,001 |
25 | Finans İnvest | -0,010 |
26 | Regional | -0,051 |
27 | Pro Kredit | -0,193 |
28 | Kredex | -0,208 |
29 | International | -0,242 |
30 | TCF | -0,243 |
31 | Brand Credit | -0,330 |
32 | Omni Finance | -0,399 |
33 | TBC Kredit | -0,595 |
34 | PSG Finans | -0,996 |
35 | Viza Kredit | -1,493 |
36 | Para | -37,304 |
37 | Aset Maliyyə Texnologiyaları | - |
38 | Birkart | - |
39 | MJ Financial Services | - |
40 | Asel Kredit | Açıqlamayıb |
41 | Ecofinance | Açıqlamayıb |
42 | City Finance | Açıqlamayıb |
43 | Fintrend | Açıqlamayıb |
44 | Gold Finance | Açıqlamayıb |
45 | Union Kredit | Açıqlamayıb |
BOKT-ların kapitalının artma/azalma dinamikasına görə renkinqi isə aşağıdakı kimidir. Göründüyü kimi burada ardıcıllıq yuxarıdakı cədvəldən bir qədər fərqlidir. Kapitalı ən yumşaq artmış və azalmış kredit təşkilatları 1-ci cədvəldəki kimi "Falcon Finance" və "Finans İnvest" olsa da, kapitalı ən kəskin artmış və azalmış kredit təşkilatları "Avrasiya-Kredit" və "Viza Kredit"dir ("Embafinans" və "Para" deyil).
№
|
BOKT-un adı
| BOKT-un kapitalının artma / azalma dinamikası |
1 | Avrasiya Kredit | 2 132,0 dəfə |
2 | İnkişaf üçün maliyyə | 259,0 dəfə |
3 | İcraçı Kredit Agentliyi | 10,6 dəfə |
4 | Finoko | 3,2 dəfə |
5 | Kredaqro | 2,9 dəfə |
6 | İDK | 2,2 dəfə |
7 | FİNKA Azərbaycan | 2,0 dəfə |
8 | Caspian Invest | 76,7% |
9 | İdeal Kredit | 68,0% |
10 | Embafinans | 41,8% |
11 | Qafqaz Kredit | 39,7% |
12 | Viator Mikrokredit Azərbaycan | 30,1% |
13 | Kəpəz | 27,3% |
14 | Finex Kredit | 21,6% |
15 | Premier Kredit | 11,7% |
16 | Effektinvest | 8,1% |
17 | Kredit Servis | 7,1% |
18 | Azmikroinvest | 5,2% |
19 | Molbulak | 3,8% |
20 | Aqrarkredit | 2,7% |
21 | Azərbaycan Mikro-Kredit | 2,2% |
22 | Azinvestkredit | 2,0% |
23 | Merkuri | 1,8% |
24 | Falcon Finance | 0,3% |
25 | Finans İnvest | -3,3% |
26 | TBC Kredit | -7,0% |
27 | Regional | -17,0% |
28 | International | -24,2% |
29 | Pro Kredit | -27,6% |
30 | Brand Credit | -36,7% |
31 | PSG Finans | -58,6% |
32 | Kredex | -69,3% |
33 | TCF | -81,0% |
34 | Omni Finance | -87,7% |
35 | Para | -95,9% |
36 | Viza Kredit | -100,0% |
37 | Aset Maliyyə Texnologiyaları | - |
38 | Birkart | - |
39 | MJ Financial Services | - |
40 | Asel Kredit | Açıqlamayıb |
41 | Ecofinance | Açıqlamayıb |
42 | City Finance | Açıqlamayıb |
43 | Fintrend | Açıqlamayıb |
44 | Gold Finance | Açıqlamayıb |
45 | Union Kredit | Açıqlamayıb |
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
12 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
13 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
13 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)









