Azər Türk Bankın məlumat mərkəzi fasiləsiz iş rejiminə keçdi
Hər zaman müştərilərinin rahatlığını düşünən dövlət bankı Azər Türk Bank xidmət işinin keyfiyyətinin daha da artırılması istiqamətində növbəti yeniliyin tətbiqinə qərar verib.
Bankdan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Bankın Müştəri əlaqələrinin idarə edilməsi mərkəzi, şənbə və bazar da daxil olmaqla, həftənin bütün günləri və sutkanın 24 saatı ərzində canlı iş rejimində xidmət göstərəcəkdir.
Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələri, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli əlaqə xətti vasitəsilə daxil olan sorğular əməkdaşlar tərəfindən canlı şəkildə cavablandırılacaqdır.
Qeyd edək ki, Azər Türk Bankda müasir standartlara uyğun məlumat mərkəzi 2017-ci ilin yanvar ayında qurulmuşdur.
Son üç ildə Mərkəzə təkcə telefon rabitəsi vasitəsilə 150 mindən çox sorğu, onlayn sifarişlər, müxtəlif müştəri müraciətləri daxil olmuşdur. Statistikaya nəzər yetirsək, bu xətt üzrə müraciətlərin ildən ilə intensivləşdiyinin şahidi olarıq. Belə ki, əgər 2017-ci il ərzində Bank əməkdaşları tərəfindən 33 287 çağrıya cavab verilmişdisə, 2018-ci ildə bu rəqəm 62 149 səviyyəsində olmuşdur. Cari ilin sonuna bu göstəricinin daha artıq olacağı gözlənilir.
Bundan əlavə, Bankın toplam 163 min izləyicə malik Facebook və İnstaqram səhifələrində mütəmadi olaraq müştərilərlə ünsiyyət saxlanılır. Həmçinin WhatsApp vasitəsilə son bir il ərzində 16 minə yaxın şəxs bankla rahat əlaqə qurmaq imkanı əldə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

























