"Ticarət dövriyyəmiz 70 faizdən çox artıb, bu, rekord göstəricidir"
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.
Prezident İlham ƏLİYEV deyib:
-Hörmətli cənab Prezident, əziz dostum. Azərbaycana xoş gəlmisiniz.
Mən çox şadam ki, qardaş ölkə Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunur. Sabah bu önəmli təsisata Azərbaycan sədrlik edəcək. Çalışacağıq ki, üç il ərzində üzv dövlətlərin maraqlarını müxtəlif beynəlxalq tədbirlərdə layiqincə müdafiə edək. Əlbəttə, Sizin səfəriniz yaxşı fürsətdir ki, ikitərəfli gündəliyi müzakirə edək və gələcək birgə fəaliyyət üçün tədbirlər görək.
Bizim əlaqələrimiz qədim tarixə, ortaq mədəniyyətə əsaslanır. Bu gün bu əlaqələr ən yüksək səviyyədədir. Biz son bir neçə il ərzində Sizinlə on dəfədən çox görüşmüşük. Hər bir görüşün böyük əhəmiyyəti var və hər bir görüşdən sonra verilən tapşırıqlar icra olunur. Hesab edirəm ki, iki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir.
Təbii ki, bu möhkəm əlaqələr bütün sahələrə müsbət təsir göstərib. Keçən il ticarət dövriyyəmiz 70 faizdən çox artmışdır. Hesab edirəm ki, bu, rekord göstəricidir. Bu ilin doqquz ayında isə yenə də 45 faiz artıb. Şadam ki, bizim birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir. Keçən il bu dəhlizlə 8 dəfədən çox yük daşınıb. Bu ilin doqquz ayında, mənə verilən məlumata görə, yükdaşımalar 70 faiz artıb. Sizinlə danışdığımız kimi hazırda, eyni zamanda, Cənub-Qərb nəqliyyat dəhlizi fəaliyyət göstərir. Qarşılıqlı sərmayə qoyulub. İran texnologiyaları əsasında avtomobil zavodu fəaliyyət göstərir. Biz bu zavodun açılışını birgə qeyd etmişdik. Avtobus istehsalı zavodunun tikintisi ilə əlaqədar indi layihələndirmə işləri aparılır. Neft-qaz sahəsində yaxşı əməkdaşlıq edirik. Eyni zamanda, keçən ilin avqustunda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi həm beştərəfli, həm də ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Mədəniyyət sahəsində ənənəvi əməkdaşlıq çox müsbətdir.
Yəni, elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq nəticədə özünü göstərir. Nəticələr də göz qabağındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.
x x x
İran Prezidenti Həsən RUHANİ deyib:
-Cənab Prezident, bu gün burada Azərbaycan dövlətinin və Azərbaycan xalqının qonağı olmağımızdan çox sevinirik. Sizi təbrik etmək istəyirəm, Qoşulmama Hərəkatına sədrlik sizə həvalə olunur. Çox sevinirik ki, Sizin ölkənizdə bu Zirvə Görüşünün keçirilməsi üçün çox yüksək təşkilati işlər aparılıb.
Mən çox şadam ki, hər dəfə Sizinlə görüşdükdə iki ölkə arasındakı əlaqələrdə müsbət bir halın, müsbət bir dəyişikliyin şahidi oluruq. Sizin də qeyd etdiyiniz kimi, müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, elmi və digər sahələrdə bizim əlaqələrimiz çox müsbət irəliləmişdir. İki ölkənin əlaqələrinin genişləndirilməsi üçün çox yaxşı iqtisadi əməkdaşlıq vardır və bu, hər iki ölkəni sevindirir. Düşünürəm, Azərbaycanda və İranda olan mövcud hakimiyyət və mövcud dövlətlər iki ölkənin mənafeyinin, iki ölkənin rifahının və xalqların rifahının qaldırılması üçün yaxşı işlər görürlər və bu, sevindiricidir. Mən Sizi əmin edirəm ki, İran dövləti və İran xalqı daim Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olub və olacaqdır. Ümid edirəm, bugünkü görüşümüzdə də hər iki tərəfi maraqlandıran mövzular haqqında fikir mübadiləsi aparacağıq.
Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm.
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
9 saat əvvəl
Bank of America: Qızılın qiyməti 2026-cı ildə 5 min dollara çata bilər
-
9 saat əvvəl
Nəhəng bank qızılın qiymətinin 5150 dollara yüksələcəyini proqnozlaşdırır
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
-
10 saat əvvəl
Azərbaycana turist axını ərəb və MDB ölkələrindən gələnlərin sayı ilə əlaqədar olaraq azalıb
-
10 saat əvvəl
Sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum tutulacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
“Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
Bolt sürücüsüz dövrə başlayır
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası


















.jpg)





