Palata BOKT-ların icmal göstəricilərini açıqladı
Maliyyə Bazarlarına Nəzaər Platasının yaydığı press-relizə görə, 30 sentyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) cəmi aktivləri 314,4 mln. manat, cəmi öhdəlikləri isə 188,6 mln. manat təşkil edib. Bundan əlavə Kredit ittifaqlarının (Kİ) 2019-cu ilin III rübündə cəmi aktivləri 15,9 mln. manat, cəmi öhdəlikləri isə 6,1 mln. manat təşkil edib.
Aktivlər
Cari ilin 9 ayı ərzində BOKT-lərin aktivləri 17,4% artmışdır. BOKT-lərin aktivlərinin əsas hissəsini (81,1%) kredit portfeli təşkil edib. Kredit portfeli dövr ərzində 11,8% (27,0 mln. manat) artaraq sentyabr ayının sonuna 255,0 mln. manat təşkil edib.
30 sentyabr 2019-cu il tarixinə Kİ-nın aktivlərinin 90%-ni (14,3 mln. manat) kredit portfeli təşkil edib.
Öhdəliklər
İlin əvvəli ilə müqayisədə BOKT-lərin öhdəlikləri 5% (9,1 mln. manat) artmışdır. Öhdəliklərin 47%-i (88,4 mln. manat) banklardan və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlərdən ibarətdir. Dövr ərzində cəlb edilmiş vəsaitlərdə 3,5% (3,2 mln. manat) azalma olmuşdur. Qiymətli kağızlar vasitəsilə borclanma isə ilin əvvəli ilə müqayisədə 3,8% (1,1 mln. manat) artmışdır. Mərkəzi idarəetmə orqanlarının vəsaitləri dövr ərzində 13,6% (4,6 mln. manat) azalmışdır.
Kİ-nın öhdəliklərinin əsas hissəsi banklardan və digər maliyyə institutlarından alınmış kreditlərdən ibarətdir.
Kapital
Sentyabr ayına BOKT-lərin Balans kapitalı 125,8 mln. manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 42,5% (37,5 mln manat) çoxdur. Kredit ittifaqlarının balans kapitalı isə 9,8 mln. manat olub.
Mənfəət və zərər
2019-cu ilin 9 ayı ərzində BOKT-lər 14,0 mln. manat əməliyyat mənfəəti generasiya edib. BOKT-lərin xalis mənfəəti isə 14,7 mln. manat təşkil edib. Dövr ərzində Kİ-nın əməliyyat mənfəəti isə 1 mln. manata çatıb.
BOKT-lər üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 6,2% və 15,6% təşkil edib.
Ümumi məlumatlar
Fəaliyyət göstərən 92 bank olmayan kredit təşkilatlarından 7-si xarici kapitallıdır, bunların hamısında xarici kapitalın payı 50%-100% arası təşkil edir. 30 sentyabr 2019-cu il tarixinə BOKT-lərin sayı 45, Kİ-nın sayı isə 47 olmuşdur. 9 ay ərzində BOKT işçilərinin sayı 7,2% (138 nəfər) artaraq 2043 nəfərə çatmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















