"Kapital Bank" məşhur ticarət mərkəzində filialını açdı
(®) "Kapital Bank" kiçik və orta sahibkarlarla işin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bu yeniliklərə dəstək fonunda yeni konsepsiyalı Ticarət filialını istifadəyə verilib.
Filial, sahibkarların sıx yerləşdiyi, bir-biri ilə biznes əlaqələrinin daha sıx və sürətli aparıldığı Sədərək Ticarət Mərkəzində yerləşir.
Artıq sahibkarlar, təqdim edilən məhsullardan və xidmətlərdən yararlanmaq, bank ehtiyaclarını qarşılamaq üçün paytaxt mərkəzinə və digər ərazilərdə yerləşən bank filiallarına getməli olmayacaqlar. Ticarət filialında sahibkarlar keyfiyyətli xidmət müqabilində bütün ölkədaxili və ölkəxarici pul köçürmələri, cari hesabları üzrə mədaxil və məxaric əməliyyatları, əməkdaşlarına əmək haqlarının verilməsi, valyuta mübadiləsi, biznes və sahibkar kartlarının alınması, əmanətlərin qoyulması və digər ənənəvi bank məhsullarından yararalana biləcəklər. Bununla yanaşı maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə overdraft, faktorinq, qarantiyalar, akkreditivlər, kredit, kredit xəttləri və bu kimi digər məhsullar təqdim ediləcəkdir.
“Kiçik və orta sahibkarlar üçün başladığımız “İşinizin bir parçasıyıq” adlı layihənin əsas istiqamətlərindən və məqsədlərindən biri sahibkarların bank xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və bu xidmətlərin əlçatanlığının artırılmasıdır. Bu məqsədlə bir neçə filialın konsepsiyası korporativ istiqamətdə dəyişdirilib, yeni konsepsiyaya uyğun filial və şöbələr müştərilərin ixtiyarına verilib. Bir neçə gün öncə açılan Lökbatan şöbəsi və Ticarət filialı sözügedən tədbirlərin davamı kimi qiymətləndirilir. Ticarət filialının müştərisi olan sahibkarlar, bank xidmətlərindən istifadə etdikləri zaman bütün suallar, yeni sifariş və təklifləri üzrə günün istənilən saatında fərdi müştəri menecerinə müraciət edə bilərlər”, - deyə, "Kapital Bank"ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.
Qeyd edək ki, "Kapital Bank" 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir.
Ticarət filialı "Kapital Bank"ın kiçik və orta sahibkarlar eləcədə korporativ müştərilər üçün xüsusi xidmət bölməsi olan sayca 8-ci struktur bölməsidir.
Bundan əlavə cari il ərzində Bakı və region üzrə 6 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 5 yeni struktur bölmə (şöbə və filiallar) istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 2 saat sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib




























