Dollarlaşma səviyyəsi 56%-dən də aşağı düşdü
30 Sentyabr 2019-cu il tarixində fiziki şəxslərin (əhalinin) banklardakı 8 milyard 605,3 milyon manatlıq əmanətinin 44,3%-i milli valyutada, 55,7%-i xarici valyutada olub.
“Marja” Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, avqust ayının sonu ilə müqayisədə əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi geriləyib. Avqustun sonunda nisbət müvafiq olaraq 44% və 56% idi.
Avqust ayının sonu ilə müqayisədə Sentyabr ayında əhalinin əmanətləri 43.5 milyon manat artaraq 8 milyard 605.3 milyon manata yüksəlib. O cümlədən, milli valyutadakı əmanətlər 44.6 milyon manat artaraq 3 milyard 810.2 milyon manata, xarici valyutadakı əmanətlər isə 1.1 milyon manat azalaraq 4 milyard 795.1 milyon manata düşüb.
Ötən ilin sonu ilə müqayisədə (9 ay ərzində) fiziki şəxslərin cəmi əmanətləri 229.9 milyon manat artıb. O cümlədən, fiziki şəxslərin milli valyutadakı əmanətləri 667.9 milyon manat artıb, xarici valyutadakı əmanətləri isə 438 milyon manat azalıb.
9 ay ərzində rezidentlərin əmanətləri 517.8 milyon manat artıb, qeyri-rezidentlərin əmanətləri isə 287.9 milyon manat azalıb.
Əmanətlərin 75%-ni və ya 6 milyard 458.9 milyon manatını qısamüddətli, 25%-ni və ya 2 milyard 146.4 milyon manatını uzunmüddətli yerləşdirilmiş əmanətlər təşkil edib. Uzunmüddətli əmanətlərin 1 milyard 88,1 milyon manatı milli valyuta, 1 milyard 58.3 milyon manatı xarici valyuta ilə yerləşdirilib.
6 milyard 458.9 milyon manatlıq qısamüddətli əmanətlərin 3 milyard 112.6 milyon manatı cari hesablardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















