“Qala Sığorta”nın ödənişləri kəskin artıb
Azərbaycan sığorta bazarının aktiv şirkətlərindən olan “Qala Sığorta” 2019-cu ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən “Marja”ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən cari ilin 9 ayı ərzində “Qala Sığorta” şirkəti tərəfindən 18 205 767 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 6 554 167 manat və ya 56,25% çox olub.
Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, qeyd olunan dövr ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 2 341 142 manat sığorta ödənişi verilib ki, bu da ötən ilin yanvar-sentyabr dövrünün göstəricisi ilə müqayisədə 951 619 manat və ya təxminən 68,48% çoxdur.
Şirkət sığorta ödənişlərini zərərçəkmiş müştərilərinə qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirib.
Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















