Dünya Bankı Qrupu Azərbaycandakı kredit təşkilatlarına maliyyə inklüzivliyinin gücləndirilməsində kömək edəcəkdir
Bu gün Dünya Bankı Qrupunun üzvü IFC tərəfindən Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin inkişafının dəstəklənməsi üçün saziş imzalayıb.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi SECO ilə tərəfdaşlığı çərçivəsində IFC, Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlıq edəcəkdir. IFC, Assosiyasiyaya maliyyə inklüzivliyi və müasirləşməyə töhfə verəcək mütərəqqi rəqəmsal maliyyə xidmətləri paketinin hazırlanmasına dair öz tövsiyələrini təqdim edəcəkdir.
"Bu əməkdaşlıq xüsusilə bankların filial şəbəkəsi ilə əhatəsi təmin edilməmiş kənd yerlərində həm fiziki şəxslər, həm kiçik sahibkarlıq subyektləri üçün əmanət hesablarının açılması və kreditlərin alınması prosesini əhəmiyyətli dərəcədə asanlaşdırmaq məqsədi güdür. Layihə həmçinin əhalinin rəqəmsal və elektron bank məhsulları sahəsində maarifləndirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasına kömək edəcəkdir. Bu məsələ Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir, çünki əhalinin yalnız 29 faizinin maliyyə təşkilatında hesabı vardır; bu rəqəm isə, Dünya Bankının “Qlobal Findex” adlı maliyyə inklüzivlik üzrə hesabatında verilən məlumatlara əsasən, Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır",- İFC-nin məlumatında deyilir.
“Texnologiyalar Azərbaycan əhalisinin maliyyə xidmətlərinə çıxış üsullarını müasirləşdirmək potensialına malikdir,” - Azərbaycan Banklar Asosiasiyasının sədri cənab Zakir Nuriyev bildirmiş və əlavə etmişdir ki, “IFC ilə tərəfdaşlıq çərçivəsində həyata keçirəcəyimiz bu təşəbbüs yerli maliyyə təşkilatlarına bazarda tələb olunan qabaqcıl məhsullar hazırlamaqla müştərilərinin daimi dəyişən bazar şəraitində tələbatına uyğunlaşmağa imkan verəcəkdir.”
Rəsmi adı “Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi” olan bu təşəbbüs Azərbaycan iqtisadiyyatının diversifikasiyası və iqtisadi artımın gücləndirilməsinə, cari halda isə elektron və mobil bank xidmətlərinə dəstək vasitəsilə kömək edən Dünya Bankı Qrupunun geniş strategiyasının tərkib hissəsidir. Bankların uzaqda olan ərazilərə irəliləməsi gələcək barədə verdiyi söz və rəqəmsal bankçılığın potensialını nümayiş etdirir.
IFC-nin Azərbaycan üzrə Nümayəndəsi xanım Aliya Əzimova qeyd edir ki, “Kiçik müəssisə və sahibkarlar, xüsusilə neft sektorundan xaric fəaliyyət göstərənlər üçün maliyyə xidmətlərinə çıxış imkanlarını gücləndirməklə onlara öz bizneslərini genişləndirmək, eləcə də yeni iş yerlərini yaratmaq imkanını vermiş oluruq. Bu isə Azərbaycanda yoxsulluqun qarşısını almaq və qeyri-neft özəl sektorunun inkişafı sayəsində dayanıqlı iqtisadiyyatın qurulması baxımından ən önəmli amillərdəndir.”
Ölkədə müştərilərin məsafədən bank hesabı açmasına icazə verən yeni qaydalar qəbul edilmişdir. Bu yeniliklərin məqsədi, bu sahədə digər islahatlarçılarla yanaşı, Azərbaycana kömək etməklə rəqəmsal bankçılığın gələcək inkişafı da daxil olmaqla bankların uzaq məsafələrə çatmasını təmin etməkdir.
Azərbaycan 1995-ci ildə IFC-nin üzvüdür. Həmin dövr ərzində IF-nin ölkəyə toplam investisiyaları səfnərbəretmə işləri üzrə 73 milyon dollarlıq investisiyalar daxil olmaqla 473 milyon dollar təşkil edir. Həmin vəsait hesabına maliyyə xidmətləri, infrastruktur və istehsalat sektorları da daxil olmaqla bir sıra iqtisadi sahələrdə həyata keçirilən 56 layihənin maliyyələşdirilməsi təmin edilmişdi. Bundan əlavə, ticarətin maliyyələşdirilməsi proqramı xətti ilə IFC təxminən 100 milyon dollar məbləğində ticarətin dəstəklənməsi məqsədlərinə, habelə Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinə 250 milyon dollar vəsait ayırmışdır. Eyni zamanda, IFC tərəfindən özəl sektorun inkişafına yönəldilən bir sıra məsləhət layihələri də icra edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
9 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
10 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
10 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
10 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
10 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
10 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
10 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
























