Hökumətin islahatlarına 800 min dollarlıq yardım
Asiya İnkişaf Bankı hökumətin islahatlarının möhkəmləndirilməsinə 800 min dollar məbləğində texniki yardım ayırmağı planlaşdırır. Bu barədə bankdan məlumat verilib.
“AİB bu texniki yardım vasitəsilə Azərbaycan hökumətinə büdcə planlaşdırılması, dövlət müəssisələrinin təkrar strukturlaşdırılması və özəl sektorun iştirakının təşviqi, həmçinin maliyyəyə çıxışı genişləndirmək və kiçik və orta müəssisələr üçün biznes mühitin yaxşılaşdırılması üzrə çevik strateji siyasi tövsiyyələr verə bilər”, - bankdan qeyd ediblər.
Texniki yardım Azərbaycanda inklüziv iqtisadi artıma, idarəçiliyin inkişafı və onun potensialının yaxşılaşdırılmasına, həmçinin ölkənin özəl sektorunun inkişafına yönəlib.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana $4,2 mlrd. kredit ayırıb. Azərbaycan üçün biznes plana əsasən, Asiya İnkişaf Bankı (AİB) 2020-2022-ci illərdə ölkəyə $295 mln. məbləğində kredit ayırmağı nəzərdə tutur.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























