Bankların nağd xarici valyuta alqı-satqısı həcmi azalıb
"İqtisadi subyektlərin xarici iqtisadi əməliyyatlarının dinamikası cari ildə də valyuta bazarında əməliyyatların həcmini müəyyənləşdirən başlıca amil olmuşdur".
"Marja" xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilir.
İcmalda qeyd edilib ki, 9 ayda qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 19.5 mlrd. ABŞ dollar ekvivalentində olmuşdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 81.8%-i ABŞ dollarında, 18.2%-i digər valyutalarda aparılmışdır.
Müqayisə üçün qeyd edək ki, ötən ilin 9 ayında qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 17.7 mlrd. ABŞ dollar ekvivalentində olmuşdu. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%- i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılmışdı.
2019-cu ilin yanvar-sentyabr dövründə qeyri-nağd valyuta əməliyyatlarının 33.6%-i banklararası valyuta bazarında (BVB), 66.4%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır.
Hesabat dövründə BVB-də əməliyyatların 95.5%-i ABŞ dollarında, 3 ABŞ dolları, Avro, İngilis funt sterlinqi, Rus rublu ilə əməliyyatlar daxil olmaqla 4.2%-i Avroda, 0.3%-i isə digər valyutalarda aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 12.9 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 74.8%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 91.4%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 4.1 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 3.2 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.
Ötən ilin 9 ayında banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 5 mlrd. ABŞ dolları ekvivalentində olmuşdu. Bunun 3.9 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 7 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















