"Bir neçə bankın yeni nəsil kassalarını araşdırdıq, sonda seçimimiz Kapital Bank oldu"
(®) Trendlərə və dəyişikliklərə hər zaman hazır olan şirkətlərdən biri də, "Flo" ayaqqabı mağazalar şəbəkəsidir. "Flo"nun "Gənclik Mall"da yerləşən dükanının meneceri Cəlil Cəlilov xidmətin yaxşılaşdırılması sahəsində görülən son işlər və müştərilərə təklif olunan üstünlüklər barədə danışıb.
“Flo hər zaman müştərilərinin rahatlığını təmin etmək üçün hər zövqə uyğun məhsul çeşidlərini təqdim edir. Mağazalarımızda kişilər və qadınlar, eləcə də uşaqlar üçün hər yaş kateqoriyasına uyğun, klassik, gündəlik, ortopedik, ziyafət, idman və ev ayaqqabıları təqdim olunur. Zəngin çeşidləri ilə seçilən dükanlarımız dəb həvəskarlarına mövsümi kolleksiyalarını sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır.
Müasir zamanda müştərilərinə keyfiyyətli xidmət göstərən şirkətlər onların rəğbətini qazanır və həmin şəxsləri təkrar müraciət etmələrinə sövq edir. Bunun üçün şəbəkəmizin şöbələri həmçinin avadanlıq və texniki təchizat baxımından da ən son trendlərlə ayaqlaşmalıdırlar.
Son günlər ölkədə sahibkarlar üçün yeni smart kassa cihazları təqdim olundu. Yenilik haqqında məlumat əldə etdikdən sonra bu cihazları mağazamıza quraşdırmaq qərarına gəldik. Düşündük ki, smart kassalar həm personalın, həm də dükanımızın ziyarətçilərinin işini xeyli rahatlaşdıracaq. Bir neçə banklar tərəfindən təqdim olunan yeni nəsil kassalar haqqında araşdırmalar apardıq, nəticədə isə seçimimiz Kapital Bank-ın üzərində dayandı. Niyə məs Kapital Bank? Səbəb kimi bir çox amilləri sadalamaq mümkündür. Bu smart kassalar nağdsız ödənişlərə üstünlük verən, eləcə də BirKart-dan istifadə edən müştərilər üçün çox sərfəlidir. Həmçinin qeyd edim ki, onlayn kassa cihazları bizə tamamilə ödənişsiz şəkildə təqdim olundu.
Smart kassalar son zamanlar populyar olan NFC tipli ötürücü ilə təmin olunub və mobil ödənişlər üçün də əlverişlidir. Yəni rahatlıqla kart istifadə etmədən mobil telefon vasitəsilə bütün ödənişlər icra oluna bilər. Bu da dükanımıza gələn müştərilər üçün çox əlverişlidir. Belə ödənişlər həmçinin nağdsız ödənişlərin artırılmasına müsbət təsir göstərir və biz Flo olaraq, daha az nağd pul dövriyyəsindən istifadə etmiş oluruq. Smart kassaların daha bir vacib üstünlüyü ondan ibarətdir ki, bu cihazlar vasitəsilə anbarda olan qalıq məhsullara nəzarət etmək mümkündür. Belə ki, mağazamıza daxil edilən yeni ayaqqabı modelləri, eləcə də inventarda olan çeşid haqqında operativ şəkildə ətraflı məlumat əldə edə bilirik.
Həmçinin qeyd etmək istərdim ki, "Flo" mağazalar şəbəkəsində ilin modasına damğasını vuran ayaqqabı modellərini BirKart vasitəsilə taksitlə də almaq olar. Belə ki, istədiyiniz məhsulun qiymətini 6 aya bölərək bərabər hissələrlə, heç bir əlavə faiz və komissiya ödəmədən eldə etmək mümkündür.
Ənənəvi terminallarla müqayisədə bir çox üstünlüklər verən smart kassaların quraşdırılmasında dəstək olan Kapital Bank-a təşəkkürümü bildirirəm. Doğru ayaqqabı axtarışında olan insanları isə yeni qış kolleksiyamızla tanış olmağa dəvət edirəm”, - deyə, Cəlil Cəlilov bildirib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat sonra
- 8 saat əvvəl
-
9 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib



























