Eyni xəstəxanaya və eyni həkimə təkrar müraciətə məhdudiyyət qoyulur
Xəbər verdiyimiz kimi Nazirlər Kabineti İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfini təsdiq edib.
“Marja” xəbər verir ki, Zərfə görə, stasionar tibbi xidmət – terapevtik və cərrahi növlərdən ibarət olmaqla, xəstəliklərin və sağlamlıqla bağlı problemlərin aradan qaldırılması üçün tibb müəssisəsində tibbi müşahidə və müalicə tələb olunan hallarda tibb müəssisələrində ixtisaslı həkim tərəfindən göstərilən tibbi yardım növüdür.
Qeyd edilib ki, ixtisaslaşdırılmış stasionar tibbi xidmət ixtisaslı həkimin göndərişi əsasında və ya təcili və təxirəsalınmaz tibbi yardımın müşayiət vərəqəsi əsasında həyata keçirilir.
Sığortaolunan stasionar tibbi xidmətdən istifadə etmək üçün eyni tibb müəssisəsinə, eyni ixtisaslı həkimə və eyni səbəbdən 45 gün ərzində təkrar müraciət etdiyi hallarda, həmin müraciət üzrə göstərilən stasionar tibbi xidmətə görə sığorta ödənişi hesablanmır və ödənilmir.
Zərfə görə, eyni anesteziya ilə bir neçə cərrahi müdaxilələrin həyata keçirildiyi halda, stasionar cərrahi tibbi xidmətə görə sığorta ödənişi cədvələ uyğun olaraq aşağıdakı şərtlər əsasında hesablanır və tibb müəssisəsinə ödənilir (bu bəndin məqsədləri üçün anatomik nahiyələr dedikdə, baş nahiyəsi, boyun nahiyəsi, döş nahiyəsi, abdominal nahiyə, çanaq, bel nahiyəsi, yuxarı ətraf (hər biri), aşağı ətraf (hər biri) başa düşülür və anatomik nahiyə həmin nahiyənin orqan və toxumaları ilə birgə hesab edilir):
- cərrahi müdaxilə zamanı eyni anesteziya növü və eyni anatomik nahiyə üzrə bir neçə əməliyyatın aparılması tələb olunarsa, bu halda cərrahi müdaxiləyə səbəb olan əsas müdaxiləyə görə (dəyəri ən yüksək olan cərrahi əməliyyat əsas hesab olunmaqla) - tarifin 100 (yüz) faizi həcmində, 2-ci əməliyyat (dəyərinə görə) üzrə 50 (əlli) faizi həcmində, 3-cü və daha çox əməliyyatlar üzrə isə 25 (iyirmi beş) faizi həcmində;
- cərrahi müdaxilə zamanı eyni anesteziya növü və müxtəlif anatomik nahiyə üzrə bir neçə əməliyyatın aparılması tələb olunarsa - cərrahi müdaxiləyə səbəb olan əsas müdaxilənin (dəyəri ən yüksək cərrahi əməliyyat olan əsas hesab olunmaqla) dəyəri tarifin 100 (yüz) faizi həcmində, 2-ci əməliyyat üzrə 70 (yetmiş) faizi həcmində, 3-cü və daha çox əməliyyatlar üzrə isə 25 (iyirmi beş) faizi həcmində;
- bu Sənədin əlavəsindəki cədvəlin 2.6.1-2.6.6-cı, 2.6.29- cu, 2.6.139-cu, 2.6.268-ci, 2.6.283-cü, 2.6.286-cı və 2.6.288-ci, 2.6.336-cı və 2.6.802-ci yarımbəndlərində nəzərdə tutulan stasionar cərrahi xidmətlər bir neçə cərrahi xidmətlə birlikdə göstərildiyi təqdirdə, həmin xidmətlər üzrə tarifin 100 (yüz) faizi həcmində;
- bu Sənədin əlavəsindəki cədvəlin 2.6.232-ci, 2.6.573-cü, 2.6.588-ci, 2.6.601-ci, 2.6.622-ci, 2.6.661-ci, 2.6.693-cü və 2.6.797-ci yarımbəndlərində nəzərdə tutulan stasionar cərrahi xidmətlər sığorta hadisəsi zamanı göstərildiyi təqdirdə, yalnız bir stasionar tibbi xidmətin tarifi seçilməklə. 8.4. Stasionar şəraitdə tibbi xidmətin göstərilməsinə başlanıldıqdan sonra 24 (iyirmi dörd) saat ərzində sığortaolunanın evə yazıldığı hallarda, sığorta ödənişi bu Sənədin əlavəsindəki cədvəllə müəyyən edilmiş stasionar cərrahi tibbi xidmət üçün tarifin 80 (səksən) faizi, stasionar terapevtik tibbi xidmət üçün isə tarifin 20 (iyirmi) faizi həcmində hesablanır və ödənilir.
Sığortaolunana stasionar şəraitdə müalicə aldığı zaman eyni səbəbdən (eyni anatomik nahiyə üzrə və eyni diaqnoz) həm stasionar terapevtik, həm də stasionar cərrahi tibbi xidmət tələb olunduğu təqdirdə, sığorta ödənişi stasionar cərrahi xidmətin tarifi ilə hesablanır və ödənilir.
İxtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadığı təqdirdə, tibbi xidmət göndəriş vərəqəsi və tibbi göstəriş əsasında ixtisaslaşdırılmış tibbi yardımı göstərə bilən digər tibb müəssisəsinə köçürülməklə həyata keçirilir.
Stasionar terapevtik və cərrahi tibbi xidmətlərin davam etdirilməsi mümkün olmadığı təqdirdə, müalicənin davamı üçün sığortaolunanın tibb müəssisəsi tərəfindən digər tibb müəssisəsinə köçürülməsi hallarında, sığorta ödənişi aşağıdakı qaydada həyata keçirilir:
- stasionar terapevtik və ya cərrahi tibbi xidmətlərin davam etdirilməsinin mümkün olmadığı sığorta hadisəsinin başlanılması müddətindən 24 (iyirmi dörd) saat ərzində 8 aşkarlanarsa, müvafiq tibbi xidmət üçün nəzərdə tutulmuş tarifin 10 (on) faizi köçürən tibb müəssisəsinə və müvafiq olaraq stasionar terapevtik tibbi xidmətin tarfinin 90 (doxsan) faizi, cərrahi tibbi xidmətin tarifinin isə 100 (yüz) faizi sığortaolunanın köçürüldüyü tibb müəssisəsinə ödənilir;
- stasionar terapevtik və ya cərrahi tibbi xidmətlərin davam etdirilməsinin mümkün olmadığı sığorta hadisəsinin başlanılması müddətindən 24 (iyirmi dörd) saat sonra aşkarlanarsa, müvafiq tibbi xidmət üçün nəzərdə tutulmuş tarifin 20 (iyirmi) faizi köçürən tibb müəssisəsinə və müvafiq olaraq stasionar terapevtik tibbi xidmətin tarifinin 80 (səksən) faizi, cərrahi tibbi xidmətin tarifinin isə 100 (yüz) faizi sığortaolunanın köçürüldüyü tibb müəssisəsinə ödənilir.
Stasionar şəraitdə (terapevtik və cərrahi) aparılan müalicənin fəsadlaşması və ağırlaşması nəticəsində sığortaolunan digər tibb müəssisəsinə köçürüldüyü halda, köçürən tibb müəssisəsinə sığorta ödənişi həyata keçirilmir, sığortaolunanın köçürüldüyü tibb müəssisəsinə isə sığorta ödənişi müvafiq tibbi xidmət üçün nəzərdə tutulmuş tarifin 100 (yüz) faizi hesablanmaqla ödənilir.
Stasionar tibbi xidmətin göstərilməsi zamanı göndəriş vərəqəsi əsasında digər tibb müəssisəsində müayinələr aparıldığı hallarda, sığorta ödənişi həmin müayinələrin tarifi stasionar tibbi xidmətin tarifindən çıxılmaqla hesablanır və göndəriş verən tibb müəssisəsinə ödənilir. Göndəriş verilən tibb müəssisəsinə isə sığorta ödənişi həmin müayinələrin tarifi üzrə hesablanmaqla ödənilir.
HƏMÇİNİN OXU:Nazirlər Kabineti İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfini təsdiq etdi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 58 d. əvvəl
- 58 d. əvvəl
-
2 saat əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
3 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
4 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!





















