Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
“Holcim Azərbaycan” tikinti xərclərini azaldan və prosesi sürətləndirən YENİ MƏHSULLAR təqdim edir. 120 kvadratmetrlik evin divarları cəmi 6 həftəyə hörülə bilər.“BakuBuild” sərgisində Holcim Azərbaycan həm iri kommersiya layihələri, həm də fərdi ev sahibləri üçün nəzərdə tutulmuş innovativ ekoloji tikinti məhsullarını və kompleks həllərini təqdim edir. Bu dayanıqlı həllərə ECOPlanet və ECOPact brendləri altında təqdim olunan aşağı CO₂ (karbon tullantıları) emissiyalı sement və beton məhsulları daxildir. ECOPlanet sementi və ECOPact betonu standart möhkəmlik və istismar xüsusiyyətlərini qorumaqla CO₂ emissiyalarını 30%-dək azaldır.
Bundan əlavə, Holcim Azərbaycan müstəqil şəkildə yoxlanılmış Məhsulun Ekoloji Bəyannaməsi (EPD) əldə edən ilk yerli tikinti materialları istehsalçısıdır. Holcim Azərbaycanın Kommersiya direktoru Namiq Tapdıqov bu barədə belə deyib: "Bu günədək bu bəyannamə ilə təsdiqlənmiş ekoloji göstəricilərə malik 50 000 tondan çox sement və 7 000 kubmetr beton tədarük etmişik. tÜmumiyyətlə əklif etdiyimiz məhsul və həllər tikintinin bünövrədən dam örtüyünə qədər bütün tikinti mərhələləri əhatə edir”
Betonun xüsusiyyətlərini və keyfiyyətini optimallaşdırmaq məqsədilə Holcim sement istehsalında və iri tikinti layihələrində istifadə olunan CORSO kimyəvi əlavələrini də nümayiş etdirir. CORSO betonun keyfiyyətini yaxşılaşdırır, istehsal prosesində təbii resurslara qənaət etməyə kömək edir və ətraf mühitə müsbət təsir göstərməklə ümumi əməliyyat səmərəliliyini artırır.
Məhsul çeşidini daha da genişləndirən Holcim kiçik həcmli ev təmiri işlərindən tutmuş iri kommersiya tikinti layihələrinədək müxtəlif tətbiqlər üçün nəzərdə tutulmuş yeni TONE boya seriyasını təqdim edir. Sərgidə, həmçinin təbii əhəngdaşı və sementdən hazırlanan ekoloji GEOBRICK kərpici nümayiş olunur. Xarici suvağa olan ehtiyacı əhəmiyyətli dərəcədə azaldan hamar səthi ilə seçilən GEOBRICK tikinti müddətini xeyli qısaldır və divarlara səliqəli görünüş verir. Bu məhsul 120 kvadratmetrlik evin divarlarının cəmi altı həftə ərzində hörülməsinə imkan yaradır.
Divar hörgüsü üçün məhsul çeşidini genişləndirən Holcim, həmçinin sement əsaslı yeni divar hörgü məhsulu — KARON hörgü bloklarını təqdim edir. Ənənəvi əhəngdaşına səmərəli və yüksək texnologiyalı alternativ kimi hazırlanmış KARON dəqiq standart ölçüləri və 15-16 kq çəkisi ilə ənənəvi əhəngdaşından 30%-ə qədər daha yüngüldür . Fərqli ölçüdə olan və ağır əhəngdaşını əvəz edən KARON, hörgü zamanı artıq məhlul istifadəsini azaltmaqla sement sərfiyyatını optimallaşdırır, divar hörgüsü işlərini sürətləndirir və tikintinin ümumi səmərəliliyini artırır.
Holcim Azərbaycan tikinti şirkətlərini tikinti layihələrinin bütün mərhələlərində fəal əməkdaşlığa dəvət edir. Bazar iştirakçılarının səylərinin birləşdirilməsi ölkə üzrə müasir, dayanıqlı və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan tikinti ekosisteminin formalaşmasına töhfə verəcək.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Gürcüstanın №1 daşınmaz əmlak şirkəti və "Trump Tower" Tbilisi layihəsinin arxasında duran Archi bir gündə mənzil satışları üzrə yeni rekord müəyyənləşdirib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
İnvestorların diqqətinə – İllik 16% gəlirli yeni istiqrazlar satışa çıxarılır
- 8 saat əvvəl
-
8 saat əvvəl
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - VİDEO ®
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gürcüstanın №1 daşınmaz əmlak şirkəti və "Trump Tower" Tbilisi layihəsinin arxasında duran Archi bir gündə mənzil satışları üzrə yeni rekord müəyyənləşdirib ®
Bakıda daha bir “Subway” filialı açıldı - ÜNVAN
Bakı Fond Birjasında ticarət dövriyyəsi 17,5 milyard manat azalıb
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Qazlı içki istehsalçıları üçün yeni vergi – Hər litrə 10 qəpik
Biləcəri sakinlərinə şad xəbər – Sabahdan 203 nömrəli marşrutda yeni avtobuslar olacaq
Azərbaycanda ilk dəniz milli parkı yaradılır






















