Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR AQŞ-nin təşəbbüsü ilə Respublika Gününə həsr olunmuş vebinar təşkil olunub

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibəti ilə neftçilər, ziyalılar, millət vəkilləri, səfirlər və istedadlı gənclər bir araya gəldilər
iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR AQŞ-nin təşəbbüsü ilə Respublika Gününə həsr olunmuş vebinar təşkil olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

28 may 2020-ci il tarixində SOCAR AQŞ-nin təşəbbüsü və iştirakçılığı ilə ‘’Qürur mənbəyimiz olan Azərbaycan Xalq Cümhuriyyəti: 102-ci yubileyin mübarək!’’ adlı vebinar təşkil olunub.

İlk olaraq, virtual  tədbir iştirakçıları Azərbaycan Respublikasının dövlət himnini ifa ediblər.

Reklam_3_11

Tədbir iştirakçılaını salamlayan SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev bildirdi ki,  COVİD-19 pandemiya dövründə SOCAR AQŞ mütərəqqi virtual ofis sistemleri vasitəsilə dənizdə, quruda,  istehsalat sahələrində çalışan, evdə olan bütün əməkdaşlarını və cəmiyyətimizin tanınmış ziyalılarını bir araya gətirərək Respublika Gününü qeyd edir:

‘’Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi və milli dövlətçilik şüurumuzun zənginliyinin və gücünün təntənəsi idi. Azərbaycanın dahi fikir adamları XİX əsrdə və XX əsrin əvvəlində fədakarlıqla çalışaraq Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarını işləyib hazırladılar və nəticədə 1918-ci ilin 28 may tarixində demokratik respublikamızın qurulmasına nail oldular.Bu şanlı tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirərək onun heç vaxt işğalla barışmayacağına ciddi zəmin yaratdı. Bu gün gənc nəslin Respublika Gününü xüsusi coşğu ilə qeyd etməsi hər birimizdə iftixar hissi doğurur və dövlət müstəqilliyimizin əbədi olacağına əminlik yaradır!’’

Vebinarda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Hikmət Babaoğlu, Sabir Rüstəmxanlı və Anar İsgəndərov panel müzakirəsində çıxış edərək Azərbaycan Demokratik Respublikasının qət etdiyi şanlı tarixdən geniş söhbət açdılar.

Deputat Məlahət İbrahimqızı çıxış edərək bildirdi ki, Cümhuriyyət banilərinin apardığı xarici siyasət sayəsində Paris Sülh konfransının iştirakçı dövlətləri Azərbaycanın müstəqilliyini tanımağa məcbur oldu.  ‘’Beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmağımız sonradan Azərbaycanın SSRİ tərkibində respublika kimi mövcud olmasına da şərait yaratdı. Əks təqdirdə, biz bu gün Rusiya Federasiyasının Başqırdstan, Tatarstan kimi muxtar subyektlərindən biri idik’’.

Millət vəkili Qənirə Paşayeva çıxış edərək Cümhuriyyət liderlərinin fədakarlığı, siyasi iradəsi və vətənpərvərliyi ilə ərsəyə gələn tarixi uğurlardan geniş söhbət açdı. ‘’Bu gün bizdən çox şey asılıdır: biz özümüz tariximizi necə bilirik və onu gənc nəsilə necə öyrədirik. Hər bir AXC liderinin həyat və fəaliyyəti dərindən öyrənilməli  və şövqlə aşılanmalıdır. Mən Cümhuriyyət bağının yaradılması təklifi ilə tez-tez çıxış edirəm. Əminəm ki, belə bir bağ xalqımız üçün müqəddəs yerlərdən birinə çevriləcəkdir!’’

Daha sonra çıxış edən görkəmli ziyalımız Sabir Rüstəmxanlı 1991-ci ildə Dövlət Müstəqilliyi Aktının qəbul olunmasının lehinə səs verən deputatlardan biri olduğundan qurur duyduğunu və bu gün dinamik inkişaf edən müstəqil Azərbaycanda yaşamağından çox xöşbəxt olduğunu bildirdi. ‘’AXC-nin bərqərar etdiyi demokratik dəyərlər sistemi, dövlət quruculuğu ənənəsi  bütün türk-müsəlman dünyasına verilən böyük töhfədir. Bu şərəfli tarixi bizlərə yaşatdığına görə Cümhuriyyət banilərinə sonsuz ehtiramımızı hər an sərgiləməliyik!’’

AXC tarixini araşdıran tədqiqatçı, tarix elmləri doktoru, professor, millət vəkili Anar İsgəndərov geniş təqdimatla çıxış edərək bir çox maraqlı faktları tədbir iştirakçıları ilə bölüşdü. ‘’Cəmi 23 ay ömür sürən AXC  tariximizə onlarla ilklər bəxş etdi. İstiqlal Bəyannaməsı siyasi sənəd kimi neçə millətlərə nümunə oldu,  11 fraksiyadan ibarət parlamentdə milli azlıqlara iştirak hüququ verildi, qadınlara seçki hüququ verildi, hər bir vətəndaşa milli sərvətlərdən istifadə təminatı verildi, ictimai xidmətlər hər kəs üçün əlçatan oldu!’’

Millət vəkili Hikmət Babaoğlu çıxış edərək bildirdi: ‘’Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın zəngin dövlət quruculuğu ənənəsi var. Xalq Cümhuriyyətinin siyasi varisi olaraq, 23 ayda yarımçıq qalmış ideyaları bu gün müstəqil Azərbaycan dövləti uğurla həyata keçirməkdədir’’.

Daha sonra çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri cənab Erkan Özoral və Türk Dövlətlərinin Parlamentlər Birliyinin Xarici Əlaqələr üzrə Baş koordinatoru, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıc Azərbaycan xalqını Cümhuriyyət günü münasibəti ilə təbrik edərək bir millət, iki dövlət devizinin önəmindən irəli gələn əzəli və əbədi qardaşlıqdan danışdılar.

Vebinarın 2-ci hissəsində şanlı tariximizin gənc nəsilə aşılanması istiqamətində aparılan işlərdən söhbət açıldı. Bu dəfəki tədbirə qoşulan Ankara Ali Kuşçu adına ibtidai məktəbinin 3-cü sinif şagirdləri dahi Azərbaycan şairləri Səməd Vurğunun və Məmməd Arazın şeirlərindən ibarət maraqlı kompazisiya ilə çıxış edərək Azərbaycan xalqını bayram münasibəti ilə təbrik etdilər. Tədbirdə həmçinin SOCAR AQŞ-də çalışan işçilərin övladları arasında keçirilən ‘’Şanlı Cümhuriyyətim mənim!’’ adlı rəsm müsabiqəsinin qaliblərinin əl işlərinin virtual nümayişi keçirildi.

Tədbirin sonunda yekun nitqi söyləyən Baş direktor Ramin İsayev bildirdi ki, bugünkü təqdimatlar sübut edir ki, 28 may tarixi doğrudan da bütün bayramlarımızın zirvəsində yer alan qəhrəmanlıq salnaməsidir və İnsanlara Hürriyyət, Millətlərə İstiqlal maarifçi-insanpərvər dünyagörüşü ilə millətimizi inkişafa doğru aparır. Biz əminik ki, ‘’Bir daha yüksələn bayraq bir daha enməyəcəkdir!’’.

SOCAR AQŞ Respublika Günü Ramin İsayev Qənirə Paşayeva Məlahət İbrahimqızı Hikmət Babaoğlu Sabir Rüstəmxanlı Anar İsgəndərov
29.05.2020 10:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ