PAŞA Sığorta pandemiyaya qarşı mübarizə aparan səhiyyə işçilərini təltif etdi – FOTO/VİDEO
PAŞA Sığorta Bakı Sağlamlıq Mərkəzinin tibb işçilərini medal və təşəkkürnamələrlə təltif etdi.(®️) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alaraq, hər il iyun ayının 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
PAŞA Sığorta şirkətinin nümayəndələri səhiyyə işçilərinin peşə bayramı münasibətilə təltif etmək və bu çətin zamanda gecə-gündüz, bayram-tətil demədən öz həyatını fəda edərək xalqımızın sağlam olması üçün əllərindən gələni əsirgəməməyən tibb işçilərinə təşəkkür etmək məqsədi ilə Bakı Sağlamlıq Mərkəzinin tibbi heyəti ilə görüş keçirib. BSM-də də böyük bir tibbi heyət koronavirusla mübarizəyə səfərbər olunmuşdur.
Görüş müddətində tibbi mərkəzinin rəhbərliyi və məsul şəxslər çıxış edərək, olduqca çətin keçən bu dövr ərzindəki xidməti çətinlikləri barədə məlumat veriblər. Tədbirin gedişatında tibbi heyətə şirkət tərəfindən öz əvəzsiz xidmətlərinə görə sertifikat, medal, eləcə də xatirə hədiyyələri təqdim edilmişdir.
Görüş zamanı tibb mərkəzinin Baş həkimi Elxan Hacıyev çıxış edərək klinikadakı cari vəziyyətdən söz açıb. O, çıxışı zamanı həkimliyin nəcib bir peşə olduğunu qeyd edərək, bu peşənin insanların sağlamlığının keşiyində durmasında birbaşa rolu olan, onlara ömür bəxş edərək yaşatmaq hissini aşılayan şərəfli və müqəddəs bir vəzifə olduğunu vurğulayıb. Baş həkim, həmçinin, bütün dünyada yeni yayılmış koronavirus (COVID-19) pandemiyasının tüğyan etdiyini qeyd edib və bildirib ki, bu infeksiya ilə mübarizədə əsas yük məhz həkimlərin çiyninə düşür. O,
Daha sonra, tədbirdə söz “PAŞA Sığorta” şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Nuranə Teymurovaya verilib. Şirkətin nümayəndəsi bildirib ki, respublikamızda son illər ərzində tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni kadrların yetişdirilməsində geniş miqyaslı tədbirlər həyata keçirilib. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişafına zəmin yaradıb. Daha sonra şirkət nümayəndəsi PAŞA Sığorta şirkətinin həkimlərimizə verdiyi dəstəkdən danışıb və bildirib ki, PAŞA Sığorta şirkəti həkimlərimizin fədakarlığını hər zaman yüksək qiymətləndirir və bütün vəziyyətlərdə onlara dəstək olmağa hər zaman tam hazırdır. Tədbirin sonunda N.Teymurova əvəzsiz xidmətlərinə görə tibb işçilərini medallarla təltif edərək onlara dərin minnətdarlığını bildirib.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
6 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
8 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
8 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
9 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
10 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
10 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi























