"Neft və qazın ucuzlaşdığı bir ildə SOCAR-ın mənfəətə çıxması pozitiv nəticədir"
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları əsasən şirkətin ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat təşkil edib. Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınıb, bunun da 63,7 milyard manatı İsveçrədəki “SOCAR Trading” və “SOCAR Energy Holding” şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb. Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam edib, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil edib. SOCAR ötən il Türkiyədəki aktivlərindən 9 milyard 377 milyon manat, Gürcüstandakından 1 milyard 172 milyon manat gəlir əldə edib.
Bu barədə açıqlama verən iqtisadçı-ekspert Amal Həsənli bildirib ki, Türkiyəyə qoyulan investisiyalar indi öz bəhrəsini verməyə başlayıb və bu da sevindirici haldır.
Onun sözlərinə görə, gəlirlərin artması STAR neft emalı zavodunun (NEZ) istismara veriləndən qısa zaman sonra layihə gücünə yaxınlaşmasının göstəricisidir: “Eyni zamanda, ötən il Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə qaz satışı həcmlərinin artması da SOCAR-ın qardaş ölkədə gəlirlərinin artmasını təmin edib”.
Ekspert diqqətə çatdırıb ki, şirkətin həm cari, həm də uzunmüddətli aktivləri borclarını üstələyir: “Bu da onu göstərir ki, ötən illərdə borc götürülən vəsaitlər dəyərli aktivlərə yatırılıb və həmin aktivlərin dəyəri götürülən borclardan yüksəkdir. Nəzərə alsaq ki, SOCAR-ın son illər reallaşdırdığı meqa layihələr yaxın perspektivdə daha böyük gəlirlilik təmin edəcək, o zaman gələcəkdə həmin aktivlərin dəyərinin daha da artacağı gözlənilir”.
A.Həsənli vurğulayıb ki, uzun zamandır neft-qaz bazarında formalaşan qeyri-sabit konyuktur fonunda SOCAR-ın ili mənfəətlə başa vurması özü-özlüyündə pozitiv nəticədir: “2019-cu ildə dünya bazarlarında neftin qiyməti 10% aşağı düşdü. Təbii qazın qiymətində də əhəmiyyətli azalma qeydə alındı. Lakin bütün bunlara baxmayaraq, SOCAR ümumi mənfəətini artırmağı bacardı. Bu isə şirkətin əməliyyatlarının effektli təşkil olunduğuna dəlalət edir”.
Xatırladaq ki, SOCAR-ın audit olunmuş maliyyə hesabatlarına görə, ötən il şirkətin cəmi mənfəəti 5,8 milyard manat, xalis mənfəəti 651 milyon manat, cari aktivləri 19,2 milyard manat, cari öhdəlikləri isə 17,3 milyard manat təşkil edib. Uzunmüddətli aktivlər 46,2 milyard manat, uzunmüddətli öhdəliklər isə 23,8 milyard manat olub. Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 milyard manatdan çox olub, nağd pul vəsaitləri isə 7,1 milyard manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 21 saat sonra
-
- 9 d. əvvəl
-
22 d. əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
29 d. əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
1 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
1 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Ən çox oxunanlar
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində























