Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazalarının adları açıqlandı
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
05 iyul 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 41 ictimai iaşə obyekti, 104 ərzaq satışı mağazası olmaqla ümumilikdə 145 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 68-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Bizim RSN”, “Grand”, “Zirvə”, “Ramaşka”, “Pioner”, “Muxtar”, “Bakı”, “EF”, “Bursa”, “Təzə bazar”, “Nilufər”, “Zəhra”, “Dərnəgül” ərzaq mağzaları, Həsənov Teymur Əfsər oğluna, Həsənov Eldar Səlim oğluna, İsmayılova Vüsalə Rövşən qızına, Bünyadzadə Azər Firudin oğluna, Bayramov Bayram Fəxrəddin oğluna, Əhmədov Nicat Kərim oğluna, Xəlilov Kərim İbrahim oğluna məxsus marketlər
Digər şəhər və rayonlar üzrə:
Xaçmaz rayonunda Məmmədov Elvin Əjdər oğluna, Sərdarlı Sərvər Rüstəm oğluna, İdrisov Afər Şəmsəddin oğluna məxsus ərzaq mağazaları
Şabran rayonunda Vəliyev Nicat Əziz oğluna məxsus ərzaq mağazası
Bərdə rayonunda Hüseynov Çəmən Fərrux oğluna, Abbasov Ramil Rizvan oğluna, Misirxanov Babək Atalin oğluna, Kərimov Rövşən Rafiq oğluna, Səlimov Xurşud Ağaəli oğluna məxsus marketlər
Yevlax rayonunda Əsədov Xəyal Elman oğluna, Ələkbərov Kamil Qürbət oğluna, Hüseynov Elşən Zahir oğluna, İbrahimov Ceyhun Talış oğluna, Şahverdiyeva Sahibə Yusif qızına məxsus ərzaq mağazaları
Goranboy rayonu, Sarovlu kəndində “Tac” market
Gəncə şəhərində Əlizadə Elçin Alim oğluna, Hüseynov İlqar Nizami oğluna məxsus ərzaq mağazaları, “Ruzi” və “Cavid” marketlər
Göyçay rayonunda Həsənov Neyman Gülbala oğluna, İbrahimov Ehtibar Rafiq oğluna, Xəlilov Müqəddəs Sirac oğluna məxsus kafelər
Şamaxı rayonunda Ömərov Vüqar Arif oğluna, Cabbarov Tərlan Bəhməndiyar oğluna məxsus ərzaq mağazaları
Qazax rayonunda “Çinar” kafe, “Omaroğlu”, “Nərimanov”, “Əlillər” marketlər
Şəmkir rayonunda “Oba”, “Üç qardaş”, “El” ərzaq mağazaları, “Elçin” və “NZS” kafelər
Tovuz rayonunda “Şır-şır”, “Dostluq”, “Bahar”, “Vladivostok” kafelər, “Mələk” və “Moskva” marketlər
Ağstafa rayonunda “Kəsəmən” və “Anar” ərzaq mağazaları
Qəbələ rayonunda Bağırov Əli Sabir oğluna, Kərimov Gündüz Abdulhəsən oğluna məxsus kafelər, Əzizli Turan Şirin oğluna və Mənsimov Mahir Nüsrət oğluna məxsus ərzaq mağazaları
Lənkəran rayonu, Sütəmurdov kəndində Hüseynov Rüfət Almas oğluna məxsus “Xəzər” market
Şirvan şəhərində Rəsulov Mirağa Vahid oğluna məxsus kafe və Şahbazov Akif İltifat oğluna məxsus ərzaq mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
9 saat əvvəl
Azərbaycanda ət idxalı sürətlə artır - 9 ayda 89,4 milyon dollarlıq alış
-
-
9 saat əvvəl
Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
-
9 saat əvvəl
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
-
9 saat əvvəl
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
-
13 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
13 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
13 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi


























