Mobil manşet üstü reklam-3_21

Pandemiya dövründə PR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pandemiya dövründə PR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ümumi görüntü:

Dünya Bankının təxmininə görə COVID19 pandemiyası səbəbi ilə2020 –ci ildə dünya iqtisadiyyatını 5,2% geriləmə gözləyir. Şirkətlərin sabaha necə çıxacaqlarının sual altında olduğu bir zamanda PR (Public Relations- İctimaiyyətlə Əlaqələr) alətlərinin daha da fəallaşmalı olduğunu desəm təəcüblənə bilərsiniz. Çünki PR dedikdə yerli şirkətlərin bir çoxunda “xərc yaradan” departament ağıla gəldiyi üçün Covid19 böhranının yaşandığı zamanda hansı PR-dan söhbət gedə bilər?

Fərqli baxış

Amma hadisələrə fərqli yerdən baxaraq indi PR alətlərin əvvəlkindən daha da lazımlı olduğunu görə bilərik. Belə ki, pandemiya dövründə kommunikasiya industriyası transformasiya dövrünü yaşayaraq yeni forma alır. Bu yeni formada adət elədiyimiz ənənəvi PR alətləri dəyişir, bəziləri isə ümumiyyətlə sıradan çıxır. Pandemiya zamanında kommunikasiya xətlərinin rəqəmsallaşaraq sürətli irəliləməsinin şahidi oluruq.  Bunu anlayan şirkətlər daha düzgün strategiya hazırlayaraq yeni epoxaya yeni PR alətlər ilə tam hazır olur.

Yalnış düşüncə

Pandemiya  müddəti ümumilikdə online PR-ın daha önəmli olduğunu sübut etdi. Bir çox şirkətlər onlayn platformalardan biznes məqsədinə çatmaq üçün bundan geniş istifadə etməyə başladılar.

“Biz illərin şirkətiyik, postmandemiya dövründə yenidən öz bazar payımıza sahib olacağıq” kimi fikirlər artıq önəmini itirir. Çünki Covid19 sübut etdi  ki, dünyanın Apple, Starbucks, Nike, Victoria’s Secret və bir çox tanınmış brendləri də hadisələrə çevik reaksiya verərək filiallarını ixtisar etməli, onlayn platformalara daha çox önəm verməli oldular.

Düzgün strategiya

Beynalxalq şirkətlərin əksəriyyəti KSM (Korporativ Sosial Məsuliyyət) layihələri ilə diqqət mərkəzində qalmağa çalışır. Məsələn, McDonald’s-dan pandemiya səbəbi ilə gəlir mənbəyini itirmiş insanlara aylıq müəyyən məbləğin verilməsi, MacCoffee iş başında olan tibb işçilərinə pulsuz kofe göndərərək, Dove şirkətinin infeksion xəstəxanalara gigiyenik məhsullar göndərməsi, Coca-Cola şirkətinin xəstəxanalar; maska ilə təmin etməsi, Uber-dən ödənişsiz gedişlər, Decathlon şirkəti tərəfindən  onlayn idman zalının fəaliyyətə başlaması  və sair yüzlərlə kiçik və  böyük kampaniyalar gündəmi zəbt etməyi bacardı.

Hədəf

Ümumiyyətlə Covid 19-la mübarizə dövrü bir müharibəni xatırladır, döyüşlərdə isə hərbiçilərlə bərabər mütləq şəkildə hərbi repartyorlar da hadisələri işıqlandırmaq üçün iştirak edirlər. Və indi dediyim o hərbi repartyorlar isə şirkətlərin PR menecerləridir.

PR departamenti  kommunikasiya xətti üzrə daha çox fəaliyyət göstərməli və  digər departamentlərlə sıx əlaqədə olmalıdır. HR və PR departamentləri əməkdaşların sağlamlığı, müştərilərin güvəni üçün ortaq çalışmalıdır. Və bu bərabər əməkdaşlıqdan yaranan nəticəni izləyicilərə də göstərməlidirlər.

Məsələn, bir çox beynalxalq otel və restoranlar müştərilərində bu həssas və riskli zamanda güvən yarada biləcək video çarxlar hazırlayaraq sosial media izləyicilərinə təqdim edir.

Daxili kommunikasiyalar mütəq formada yüksək səviyyədə aparılmalıdır. PR departamenti əvəllər daha çox imic formalaşdırmağa yönəlmişdirsə, indi ümumiyyətlə əsas departamentlərdən biri olaraq daxildə də stimullaşdırıcı orqan funksiyasını yerinə yetirməlidir.

Qida, gigiyena kimi çox az sahələrdən başqa müştərilərinə xidməti məcburi surətdə dayandıran turizm, əyləncə, hava yolları, restoran və bir çox  şirkətlərin PR-ı necə ola bilər?

Bax bu əsas məqamdır.

Məsələn, Emirates şirkətinin duyğusal əlaqə yaradan ardıcıllıqla hazırlanmış video çarxları. Bütün uçuşlarının təxirə salındığı gündən kommunikasiya xətti müştəriləri ilə brend arasında emosional körpü yaratmağa istiqamətlənib.

1.Pandemiya dövründə kommumikasiya pik həddə olmalıdır

Kommunikasiya bir “puzzle”-a bənzəyir. Əgər onun hansısa hissəciyi yerləşdirilmirsə nəticədə “böyük rəsm” tamamlanmamış görünür.
Pandemiya dönəmində isə informasiya mübadiləsi çox sürətli hərəkət edir. PR departamentin bu axından geri qalması böyük şirkətlər üçün brend reputasiyasının zəifləməsinə  gətirib çıxara bilər.

Bir sözlə, müştərilərinizə bu həssas zamanda bildirməlisiniz ki , onlar sizin üçün yalnız pul qazandığınız ishehlakçı deyil.  Sizin BREND müştərisinə hər zaman dəyər verir və ona çox yaxındır.

Məsələn, Azərbaycanda da mebel, texnika və digər sahələrə aid olan bir neçə şirkət kredit borcu olan müştərilərinin bir ay müddətində gecikmə faizlərini ləğv edərək onlara bu tərzdə dəstək oldu.

2. Şəffaflıq ana xətt omalıdır

Təmsil etdiyiniz brendin apardığı PR kampaniyalar, xeyriyyə aksiyaları, KSM layihələri  və s. haqqında insanlara düzgün informasiya çatdırılmalıdır. İzləyiciləriniz sizi heç bir qeyri-şəffaf addımda günahlandıra bilməsin. İnsan acısı üzərindən reklam qurulmamalıdır. Əks halda var olan böhranın içində yeni böhran yarada bilərsiniz, ki biz bunun dəfələrlə şahidi oluruq. Bu zaman isə krizis kommunisasiyası yüksək səviyyədə olmalıdır. Düşünülməmiş bir addım səhv anlaşıla bildiyi halda PR departament problemə hazır olmalı və onu zərərsizləşdirə bilməlidir. Brend anlaşılmazlıq yaranan təbəqəyə xitab edərək onlardan üzr istəməlidir. Səhvi anlamaq və vaxtında reaksiya vermək özü də şəffaflığın göstəricisidir!

3. Sosial şəbəkələrdə daha aktiv və düzgün fəaliyyət göstərilməlidir

Facebook, İnstagram, YouTube, Snapchat və TikTok kimi platformalarda  düzgün strategiya ilə hazırlanmış kampaniyalarla gündəmdə qalmaq önəmlidir. Brendlər sosial mesaja sahib olan challenge və flashmob-larda iştirak etməlidir. Məsələn Procter&Gamble kimi dünya brendinin və məşhurların qoşulduğu  #DistanceDance  kampaniysı. Flashmob birinci həftə 8 mlrd baxış və 1,7 mln rəqs videosu əldə etdi.

BMT-nin baş katibi  Antoniu Quterreşdir Pandemiyanı İkinci Dünya Müharibəsindən sonra ən ciddi böhran adlandırıb. Dünya iqtisadiyyatına ciddi təsir edərək biznes modellərini kökündən dəyişəcək bu böhrandan ən az ziyanla çıxmağı bacaracaq şirkətlər isə düzgün PR strategiyası quraraq, böhran kommunikasiyasını professional şəkildə idarə edənlər olacaq. Bu kritik günlərdə müştərisini dinləyib onun yanında olan, istehlakçısı ilə brend arasında emosional əlaqə yaradaraq BREND DƏYƏRİ forlamalaşdıran şirkətlər bu pandemiyadaq qalib çıxacaq!

Müəllif: Nigar Zeynalova, Embawood şirkətinin PR meneceri

PR Pandemiya Nigar Zeynalova Embawood İctimaiyyətlə Əlaqələr PR menecer
04.08.2020 15:54

Müştərilərin xəbərləri

Mobil Xəbər Lentinin aşağısı-2_23
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam_10