“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
(®️) Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində “Nar” fiziki məhdudiyyətli insanları diqqətdən kənarda saxlamayıb. Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində mobil operator eşitmə və nitq məhdudiyyətli insanlara dəstək olub. Belə ki, “Nar” eşitmə və nitq məduduyyəti olan şəxsləri koronavirusdan qorumaq məqsədilə qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təmin edib. “Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində 1500-ə qədər eşitmə və nitq məduduyyəti şəxsə qoruyucu vasitələr paylanıb.
Qeyd edək ki, “Nar” koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir. “Nar”ın korporativ sosial məsuliyyət (KSM) layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
1 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
- 2 d. əvvəl
-
5 d. əvvəl
İran ətrafında diplomatik danışıqlar neft qiymətlərini aşağı salır
- 13 d. əvvəl
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İran ətrafında diplomatik danışıqlar neft qiymətlərini aşağı salır
Prezident İlham Əliyev Forumun açılışında çıxış edib
Çində sənaye müəssisələrinin mənfəəti son üç ayın ən yüksək artım tempinə çatıb – Süni intellekt sektoru iqtisadiyyatı dəstəkləyir
Ən çox oxunanlar
“Azərsu”da yüksək vəzifələrdə işləmiş sabiq məmur cinayət məsuliyyətinə cəlb edilib - 3 milyon mənimsəmədə ittiham olunur
Tibbi sığorta: sığorta haqları 2,8% azalıb
Rəsmi məzənnələr açıqlandı
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi
Meta süni intellektə investisiyalar üçün 95 milyard dollar cəlb etmək istəyir – Nəhəng səhm satışı planı


























