Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-2_21

Azərbaycanda koronavirus ilə bağlı son məlumat açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda koronavirus ilə bağlı son məlumat açıqlandı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 697 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1 904 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 041, ötən müddət ərzində isə ümumilikdə 826 043 test aparılıb.

Xatırladaq ki, 14 avqustda 103 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.  10 avqustda yeni yoluxma faktı 79-a düşmüşdü.

 

15.08.2020 17:06

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam_8
Ana səhifədə 3-cü reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10