Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 37 min 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 min 705 nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat edib, aktiv xəstə sayı 2076 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 612, ötən müddət ərzində isə ümumilikdə 963 min 104 test aparılıb.
Xatırladaq ki, 05 Sentyabrda 161 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“az” domeni üzrə milli inzibatçının hesabatlılığı ilə bağlı müzakirələr aparılıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl