Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Armaturu əvəz edən məhsula Azərbaycanda böyük maraq – 1 MİLYON KV.M SAHƏDƏ İSTİFADƏ EDİLDİ

“Turquoise” MMC tikintidə müasir həllər ilə 18 ildir sizinlə!
iç səhifə xəbər başlığı altı (mobil)_31
Armaturu əvəz edən məhsula Azərbaycanda böyük maraq – 1 MİLYON KV.M SAHƏDƏ İSTİFADƏ EDİLDİ

2002-ci ildə təsis edilən “Turquoise” MMC Azərbaycanda 18 ildir tikintilərdə müasir həll yollarını təqdim etməkdədir. Bunlardan biri də yer və yol betonlarında, beton borularda, tünel betonları və yarımfabrikat beton məmulatlarında istifadə edilən DRAMİX Polad Lifləridir.

“Turquoise” MMC şirkəti Belçikanın "Bekaert" şirkətinin Dramix® adlı polad liflər məhsulunun Azərbaycanda satışını həyata keçirir. Əldə etdiyimiz məlumata görə, məhsul ölkəmizdə böyük maraqla qarşılanıb və iri  layihələrdə geniş istifadə edilir. Məhsula böyük təlabatın olması diqqətimizi çəkdi və ətraflı məlumat əldə etmək üçün “Turquoise” MMC-nin Baş direktoru Ali İhsan Gençdən müsahibə aldıq.

- Ali bəy, “Polad lif”-li (DRAMİX-li) dəmir-beton nədir?

Belçikanın Bekaert şirkəti tərəfindən ixtira edilib, dünyada 50 ildən, Türkiyədə 30 ildən çoxdur geniş miqyaslı olaraq istifadə edilən Dramix polad liflərin tətbiqi Azərbaycanda ilk dəfə 2006-cı  ildə həyata keçirilmişdir. Polad lif-li dəmir-beton müəyyən tətbiq sahələri üçün, xüsusilə yer və yol betonlarında, ənənəvi armaturlu betona alternativdir. Polad liflər betona qarışdırıldıqdan sonra 3 ölçülü (3D), izotrop bir möhkəmləndirici rolunu oynamaqla beton çatlarını bir körpü kimi bir-birinə birləşmiş şəkildə tutub saxlayır və bir sonrakı çatların əmələ gəlməsinin böyük ölçüdə qarşısını alır. Materialına, formasına, ölçüsünə və sairə xüsusiyyətlərinə görə fərqlənən, müxtəlif polad lif növləri mövcuddur və onların betonun keyfiyyətinə təsirləri də fərqli olur. Lifin uzunluğu/diametri və dartılmada möhkəmlik həddi polad lif performansına ən böyük təsiri olan göstəricilərdir. Uzunluğu/diametr nisbəti və dartılmada möhkəmlik həddi nə qədər yüksək olarsa, polad lifli dəmir-betonun perfomansı da bir o qədər yüksək olur.

- Dramix-li betonun hansı tətbiq sahələri mövcuddur?

Dramix-li betonlar əsasən yol, avto dayanacaq, anbar kimi ağır yükdaşıyan döşəmə betonlarında, tunel və metro kimi yerlatı tikililərdə, beton boru və digər yarımfabrikat beton məmulatlarının istehsalında və dəmir-beton konstruksiyaların gücləndirilməsində tətbiq olunur.

Bundan başqa, xüsusi sahələr var ki, məsələn hərbi bölgələrdə bomba və sair silahlara qarşı qoruyucu sipərlərin tikintisində də istifadə olunur.

- Polad lifləri inşaat sahəsində betona əlavə etmək olarmı?

Bəli, beton zavodda polad lifləri əlavə etmək  mümkün olduğu kimi, polad lifləri inşaat sahəsındə də beton daşıyan maşına və ya beton qarışdırıcısına əlavə etmək olar.

- Polad liflər beton qarışığında topalanacaqmı?

Bekaert şirkəti betonda polad liflərin bir yerdə topalanmasının qarşısını almaq üçün “Yapışqanlı Polad Lif” texnologiyasını yaratmışdır və bu texnologiyanın patentinə sahibdir. Lifləri bir birinə yapışdıran və suda həll olan xüsusi yapışqan sayəsində polad liflər beton qarışdırıldıqca tək-tək ayrılaraq betonun içində bir yerdə topalaşmayaraq onun bütün hissələrində bərabər miqdarda yayılır. Polad liflər beton içində bir birinə yaxın olaraq yayılığına görə tətbiq olunan yükü ötürmə və çatlaqların yaranmasının qarşısını alma kimi betona bir neçə müsbət xüsusiyyətlər qatır.

- Müxtəlif polad liflər arasındakı fərqləri necə müəyyən etmək olar?

Polad lifli betonun çatlaqdan sonrakı dayanıqlılığı liflər arasındakı fərqləri müəyyən etmək üçün əsas xüsusiyyət həsab olunur. Çatlardan sonrakı dayanıqlılığı təmin etmək üçün əvvəlcə polad liflər betona bərabər olaraq yayılmalıdır, Dramix polad liflər aralarındakı xüsusi yapışqan sayəsində betonun bütün hissələrinə bərabər şəkildə dağılır. Bundan əlavə, polad liflərin betondakı keyfiyyət performansı lifin uzunluğu, diametri, uzunluğun diametrə nisbəti, ankraj və dartılma gücündən də asılıdır. Betona qatılan lifin miqdarı tək başına keyfiyyəti təyin etməz. Lifin keyfiyyətini müəyyən edib lifləri fərqləndirə bilmək üçün yuxarıda sadalanan xüsusiyyətləri mütləq nəzərə almaq lazımdır. Həmçinin, dünyadakı beton mütəxəssisləri betonda istifadə olunacaq polad liflərin EN 14651 standartına uyğun olmasını tövsiyyə edirlər ki, bu da polad lifləri bir birindən fərqləndirmək üçün bir xüsusiyyət olaraq istifadə oluna bilinər.

- Polad liflər əvəzinə Sintetik mikro liflərdən istifadə etmək olarmı?

Polad və sintetik mikro liflər biri digərinin əvəzinə istifadə edilən məhsullar deyil. Hər iki lif növü betonda fərqli xüsusiyyətlər əldə etmək üçün istifadə olunur. Bu məhsullar bir birini əvəzləyici deyil, bir birini tamamlayıcı məhsullar hesab olunur. Polad liflər, betonda yük tətbiqi ilə yaranan çatlardan sonrakı mərhələdə betonun yük daşıma qabiliyyətini təmin edərək betonda möhkəmləndirici rol oynayır, ancaq sintetik mikro liflər sadəcə yeni tökülmüş betonun səthindəki büzülmələr səbəbindən yaranan xırda çatlamaları azaldır və xüsusi betonlarda yanğına dayanıqlılığını artırır. Polad liflər ilə möhkəm bir dəmir-beton yaratmaq olar, ancaq sintetik mikro liflər dəmir-beton yaratmaq qabiliyyətinə sahib deyildir.

-Polad lifli dəmir-beton yer betonlarında iki qat armatur tətbiqini əvəz edə bilərmi?

Bəli, polad liflər yer betonlarında iki qat armatur tətbiqini əvəz edə bilər. Lifin növü və miqdarı, tətbiq olunan yük və alt qatdakı torpağın sıxışma dəyərləri nəzərə alınaraq edilən texniki hesablamalar ilə müəyyən edilir.

- Polad lifli dəmir-betonun yer betonlarında iki qat armatur tətbiqinə görə faydaları nələrdir?

İki qat armatur əvəzinə Dramix polad liflərin istifadəsi ilə betonun möhkəmliyi, qırılma enerjisi, zəlzələyə davamlılığı və uzun ömürlülüyü artar, döşəmə qalınlığı azalar, inşaat müddəti qısalar, inşaat işçiliyi və smeta xərcləri 15-20%-ə qədar azalar. Bundan əlavə, polad liflər betonda yaranacaq çatları və o çatların getdikcə böyüməsini daha yüksək səviyyədə nəzarətdə saxlamaq qabiliyyətinə sahibdir, bu da polad lifli dəmir-betonlarda armaturlu yer betonlarına nisbətən daha az və daha kiçik çatlar olacağı deməkdir.

Bu üstün xüsusiyyətləri sayəsində Azərbaycanda son 15 il ərzində 1 000 000 m2-dan çox Yer və Yol Betonlarında, kilometrlərlə Çirkab Su Tunel Betonlarında Dramix polad liflər uğurla istifadə edilmişdir.

- Polad liflərin tikilinin uzunömürlüyünə təsiri necədir?

Vaxt keçdikcə armaturlu yer betonlarının künclərində qırılma, ovulma və qıvrılmalar meydana gəlir, ağır yüklərin tətbiqi zamanı isə böyük çatlar yarana bilər, ancaq Dramix-li betonlarda bu cür problemlər minimuma endirilir. Polad liflər betonun hər tərəfində bərabər yayıldığına görə yer betonunun temperatur şovlarında və künclərində qırılma, ovulma və qıvrılmalar olmur. Əyilmədə möhkəmlik həddi və elastiklik modulu yüksək, qırılma enirjisi isə çox yüksək olduğuna görə betonun ağır yüklərə qarşı müqaviməti və davamlılığı yüksək olur. Buna görə də, polad lifli beton armaturlu betona görə daha uzunömürlü sayılır.

- Niyə adətən galvanizli polad liflərdən istifadə olunur?

Galvanizli polad liflər beton səthini pas ləkələrindən azad edir. Sınaqlar göstərir ki, galvanizli polad liflər 0,3 mm çat genişliyində belə korroziyaya qarşı qoruyur və nəticədə korroziyasız əldə edilən bir səth betonun davamlılığını da artırır.

- Dramix markalı Polad liflərin neçə növü vardır?

140 il öncə 1880-ci ildə qurulan Belçikanın Bekaert şirkətinin Dramix galvanizli polad liflərinin 8 növü vardır. Dramix polad lif istifadəsi ilə həm iş sahibləri, həm də podratçılar vaxta və pula qənaət edərək hər şəraitə dözümlü və olduqca dayanıqlı bir beton əldə edirlər.

Dramix polad liflər ilə inşa edilən betonlarda hansı tip lifdən istifadə ediləcəyinə sahə və yer şərtləri, beton xüsusiyyətləri, betonun məruz qalacağı dinamik və statik yüklər kimi amillər nəzərə alınaraq edilən detallı hesablamalar nəticəsində qərar verilir. Bu hesablamalar Bekaert şirkətinin Azərbaycandakı rəsmi səlahiyyətli distribyutoru TURQUOİSE MMC-nin mühəndisləri tərəfindən edilir və TURQUOİSE şirkətinin mühəndisləri Dramix polad liflərin istifadəsi zamanı bütün lazımi məsləhət xidmətlərini təmənnasız olaraq müştərilərə iş başlayandan bitənə qədər verməkdə davam edir.

-Azərbaycanda Dramixli betonların istifadə olunduğu başlıca layihələr hansılardır?

Dramix-li betonlardan 100-ə yaxın layihədə istifadə edilib.

28 Mall Anbarı, yer betonu

Agro Dairy Hacıqabul Layihəsi, sahə betonu

Agro Kimya, yer betonu

Amoris Meyvə və Tərəvəz Ambarı, yer betonu

Astara Çay Fabriki, yer betonu

Azercell Ambarı, yer betonu

Azerfloat Şüşə Fabriki, yer betonu

Azersu, çirkab su tunelləri

Azersun Ambarları, yer betonları

Azərtexnolayn Polad və Polietilen Boru Fabrikləri, yer və sahə betonu

Azgranata, yer betonu

Bakı Alov Qüllələri (Flame Towers), avto dayanacaq betonları

Bakı Expo Center, yer betonu

Bakı Nəqliyyat Agentliyi (BNA), sınaq və təlim sahəsi

BASF Caspian Fabriki, yer və sahə betonu

BCC Group, yer betonu

Big-X Meyvə və Tərəvəz Ambarı, yer betonu

Bravo Mərkəz Ambarı və Supermarketləri, yer və sahə betonları

Cahan Holding Ambarı, yer betonu

Coca Cola, sahə betonu

Dövlət Bayraq Meydanı və Milli Park, sahə betonu

FORMULA 1 Azərbaycan Qran-prisi, hazırlıq işləri

Knauf Alçıpan Fabriki, yer betonu

Metak, yer betonu

Park Bulvar Mall, sahə betonu

R-Farm Dərman Fabriki, yer betonu

Saloğlu Mebel Ambarı, yer betonu

Tabaterra Tütün Fabriki, yer betonu

Turquoise, yer və sahə betonu

Vergilər Nazirliyi İnzibati Binası, müxtəlif betonlar

Vs.

- Bekaert Dramix Polad liflərlə bağlı daha ətraflı məlumatları necə və hardan əldə etmək olar?

Azərbaycanda Bekaert şirkətinin rəsmi nümayəndəsi olan TURQUOİSE MMC-dən Dramix polad liflərin istifadəsi və tətbiq sahələri ilə bağlı geniş məlumatları həmişə təmin edə bilərsiniz. Əlaqə məlumatları:

Mob.Tel: 050 205 15 71 / 050 224 03 59

E-mail: [email protected] / [email protected]

Turquoise Dramix polad liflər Ali İhsan Genç Bekaert armatur beton tikinti
26.09.2020 10:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ