İşğaldan azad edilmiş ərazidə "Mətanət A" şirkəti zavod tikəcək
İş adamı Elxan Bəşirov: “Mətanət A” şirkəti işğaldan azad edilmiş ərazidə zavod tikəcəkAli Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusu işğal altındakı torpaqların azad edilməsi üçün əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Bu gün cəbhədən gələn hər bir xoş qələbə xəbərlərini bütün xalqımız sevinclə qarşılayır.
Heç şübhəsiz əldə olunan uğurların təməlində Cənab Prezident İlham Əliyevin bütün istiqamətlər üzrə həyata keçirdiyi uğurlu siyasət dayanır. Ölkəmizdə daimi olaraq aparılan iqtisadi islahatlar nəticəsində biz bu gün güclü iqtisadiyyata və bunun da nəticəsində güclü orduya malikik. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrinin təzahürlərini biz bu gün bir daha aydın görür və əminik ki, gələcək illərdə də daha çox görəcəyik.
“Mətanət A” şirkətlər qrupu da bu günlərdə həm arxa cəbhəyə, həm də ön cəbhəyə var gücü ilə dəstək göstərməkdədir. Belə ki, 35 nəfər əməkdaşımız könüllü şəkildə ordu sıralarına qoşulmuş və 1 dəyərli əməkdaşımız torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşdur.
Eyni zamanda şirkətimiz Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat maliyyə dəstəyi göstərmişdir.
Dövlətimizin, vətənimizin, milli iqtisadiyyatımızın inkişafına tövhə vermək bizim fəaliyyətimizin təməl prinsipidir. Xüsusi ilə cəbhəyanı ərazilərdə yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, sosial- iqtisadi rifahının yüksəldilməsi üçün Cənab Prezident İlham Əliyev qarşısında götürdüyümüz öhdəliyi bu gün də fəxrlə yerinə yetirməkdəyik. Cəmi 7 ay bundan əvvəl Qazax rayonunun cəbhəyanı ərazisində yerləşən Daşsalahlı kəndində Cənab Prezident İlham Əliyevin iştirakı ilə “AZERLİME” müasir əhəng zavodunun açılışını etdik.
İndi də ənənələrimizə sadiq qalaraq yeni zavod tikib istehsala başlamağı işğaldan azad olan ərazilərdə də həyata keçirdəcəyik. Qeyd olunan istiqamət üzrə aidiyyatı İcra hakimiyyəti strukturlarına müraciət edilmiş, nəzərə alınan kimi zavodun tikintisə başlanacaqdır. Bu zavodlarda yüzlərlə insan çalışacaq. İnanırıq ki, ölkəmizin bütün bölgələrində uğurla davam edən iqtisadi inkişafa bu zavodlarımızda çalışacaq insanlar sayəsində Qarabağda da yeni-yeni uğurlar əlavə edəcəyik “Milli İqtisadiyyatın İnkişafına töhvə veririk” şüarı ilə işğaldan azad olacaq rayonlarımızda açılacaq zavodlar həm ölkəmizin iqtisadi yüksəlişində mühüm paya, həm də öz doğma yurd yuvalarına qayıtmış insanlar üçün məşğulluq mərkəzinə çevriləcək və sosial rifahın yaxşılaşdırılması üçün əlverişli şərait yaradacaq.
Cənəb Prezident İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə Azərbaycan yeni bir tarix yazır. Bizi qarşıda daha böyük işlər gözləyir. Məhz bu gün cəbhədən gələn qələbə xəbərləri bizi sevindirir və bunun fonunda bizə əlavə güc və motivasiya verir. Biz sahibkarlar bundan sonra da əzm və iradə ilə çalışmalı, daha güclü Azərbaycan naminə milli iqtisadiyyatımızın inkişafına öz tövhəmizi verməliyik.
“Mətanət A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Elxan Bəşirov
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
1 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
1 gün əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
1 gün əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
1 gün əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
1 gün əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
1 gün əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton























