Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda koronavirusa yoluxmada yenidən rekord

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda koronavirusa yoluxmada yenidən rekord
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 212 yeni yoluxma faktı qeydə alınıb, 1 760  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 114 025 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib, aktiv xəstə sayı 41 011 nəfərdir.

Ölkədə son sutka ərzində 18 420, hazırkı dövrədək isə 1 700 654 test aparılıb.

Xatırladaq ki, 27 Noyabr 2020-ci il tarixində son gün ərzində 3712 yoluxma faktı qeydə alındığı açıqlanmışdı və bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

28.11.2020 17:19

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18