Azərbaycanın tanınmış balıq məhsulları istehsalçısı müflis oldu
Azərbaycanda balıq məhsullarının və hazır yeməklərin istehsalı ilə məşğul olan "M.Ş." Məhdud Məsuliyyətli Cəmiyyət müflis elan edilib.
Marja xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov 10C ünvanda yerləşən “M.Ş.” məhdud məsuliyyətli cəmiyyətinin müflis elan olunması barədə cəmiyyətin təsisçisi Məlik Məmmədov tərəfindən qərar qəbul olunmuş, “cəmiyyətin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.
İddia tələbi üzrə hazırlıq iclası 26.01.2021-ci il tarixdə saat 10:00-da keçirilmiş, mülki iş baxışa təyin edilmişdir.
Məhkəmə baxışının iclası 16.02.2021-ci il tarixdə saat 15:00-da Bakı Kommersiya Məhkəməsinin binasında (AZ-1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi) hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcəkdir.
Qeyd edək ki, “M.Ş.” MMC məşhur "Dalğa","Balıqçı" və "Yelkən" balıq məhsulları brendlərinin sahibidir.
“M.Ş.” MMC şirkəti 2017-ci ildə satışa çıxarılmışdı.
Müştərilərin xəbərləri
"PAŞA Bank" Türkiyə şirkətinin Azərbaycanda nəhəng enerji layihəsinə 40 milyon dollar ayırır - SAZİŞ İMZALANDI
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
-
39 d. əvvəl
“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb ®
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
-
2 saat əvvəl
Satmaq öhdəliyi ilə kirayə mənzillərlə bağlı yeni məhdudiyyətlər tətbiq olunur
-
3 saat əvvəl
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Əfsanəvi Hakuho Sho Toyota Bakı Mərkəzində
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Nərimanovda təməldən mənzillər FAİZSİZ daxili kreditlə satışda ®
Azərbaycanın dövlət şirkəti xaricdə ilk şirkətini yaradıb

























