Ən yuxarı (mobil)_30

Maliyyə Nazirliyi 30 milon manat borc alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi  30 milon manat borc alır

2 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 30 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0106007880

Emissiya həcmi

30 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

1092  gün

Faiz ödənişləri (olduqda)

31 avqust 2021-ci il, 01 mart 2022-ci il,

30 avqust 2022-ci il, 28 fevral 2023-ci il,

29 avqust 2023-cü il, 27 fevral 2024-cü il

Faiz gəliri

7.5 %

Ödəmə tarixi

27.02.2024

Anderrayter

“Paşa Kapital İŞ”

 QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

25.02.2021 16:58

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ