İsrail şirkətləri Dağlıq Qarabağa investisiya yatırmaq istəyir
İsrail şirkətləri Dağlıq Qarabağın bərpasında Azərbayacana kömək təklif edir.
İsrail KİV-ləri xəbər verir ki, bunu “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut deyib.
Onun sözlərinə görə, İsrail şirkətləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərə investisiya yatırmaqda maraqlıdır.
A.Qut deyib ki, Azərbaycan və İsrail sıx əməkdaşlığı sayəsində aqrar, tibbi, müdafiə və digər sahələrdə əlaqələri möhkəmləndirib: “İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, Avrasiyada heç bir ölkə İsrail üçün Azərbaycandan daha yaxın dost olmayıb. Bununla yanaşı, İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir”.
Azərbaycanın Türkiyədəki səfiri İbrahim Xəzər isə bildirib ki, İsrail şirkətləri Dağlıq Qarabağın bərpasında Azərbaycana kömək etmək təklifini irəli sürüblər.
İ.Xəzər deyib ki, Qarabağın bərpasında köməklik təklif edən ölkələr İran, Böyük Britaniya, İtaliya, Macarıstandır: “İşğaldan azad edilən ərazilərin bərpası texnoloji yeniliklərlə yanaşı, bölgənin tarixi və orijinal irsinin qorunub saxlanılmasını təmin etməklə həyata keçiriləcək”.
Onun sözlərinə görə, Naxçıvan koridoru regional əməkdaşlıq üçün yeni imkanlar açır: “Buna baxmayaraq, Ermənistanın hücumlarından maddi ziyanın həcmi 50 milyon ABŞ dolları dəyərində qiymətləndirilir. Azad edilmiş torpaqların görüntülərindən məlum olur ki, ərazilərimiz tamamilə viran olub. Ermənistan 700 tarixi və mədəni obyekti, 700 kitabxananı, 85 sənət və musiqi institutunu, 22 muzeyi, 100 minlərlə evi, 4 sənət qalereyasını, 4 teatrı və iki konsert salonunu tamamilə dağıdıb".
İ.Xəzər vurğulayıb ki, müharibə zamanı Azərbaycan ordusunun qarşısında aciz qalan erməni hərbçiləri, hətta şəhərlərdə, müharibə bölgəsindən uzaq ərazilərdə mülki insanlara atəş etməkdən belə çəkinmədilər: “Bunun nəticəsində 100 vətəndaşımız öldürüldü, 416 nəfər yaralandı və mülki infrastruktura böyük ziyan dəydi".
Qüds Strateji və Təhlükəsizlik İnstitutunda beynəlxalq münasibətlər üzrə mütəxəssisi Miki Aharonson bildirib ki, İsrailin Azərbaycanla əlaqələrini davam etdirməsini vacib edən maraqların cəmi dəyişməyib: “Uzun illər İsrail Azərbaycanla bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində yaxşı əlaqələrini qoruyub saxlayıb”.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
11 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
4 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 7 saat əvvəl
-
7 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
7 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı































