Dollar alışının çətinləşdirilməsi bankların “xüsusi” tədbirləridir - MƏRKƏZİ BANKIN DİREKTORU
Azərbaycanda banklardan dollar alınmasının çətinləşdirilməsi Mərkəzi Bankın bu barədə qərarı və tapşırığı ilə əlaqədar deyil. Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyevin sözlərinə görə, Dollar alışını banklar çətinləşdirib, məqsəd “qara bazara” xidmət edən hərəkətləri aşkar etməkdir.
Bu gün Mərkəzi Bankda mətbuat konfransı keçirilib. Marja.az-ın müxbiri, Mərkəzi Bankın sədri Elman Rüstəmovdan, ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentinədək (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilməsi, banklarda bununla bağlı elektron sistemin olduğu, bu limiti limiti keçən vətəndaşların 12 ay başa çatsa da balanslarının sıfırlanmadığı, Dollar alışı üçün bir sıra sənədlərin tələb olunduğu barədə soruşub.
Mərkəzi Bankın sədri Elman Rüstəmov suala Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyevin cavab verməsini məsləhət görüb.
Toğrul Əliyevin suala verdiyi cavabdan belə çıxır ki, Dollar alışına limitin tətbiq edilməsi, bununla əlaqədar elektron sistemin yaradılması Mərkəzi Bankın addımı deyil:
“Qanunvericiliyin tələbinə uyğun olaraq banklar tərəfindən aparılan əməliyyatların mahiyyəti, məqsədi və s barədə tələblər mövcuddur. Eyni zamanda, banklar daxili nəzarət sistemlərini, risklərin idarə edilməsi sistemlərini formalaşdırmalıdırlar. Sizin qeyd etdiyiniz məqamlar bankların daxili nəzarət sistemlərindən irəli gələn məsələlərdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq nağd əməliyyatlar barədə Mərkəzi Banka məlumatların təqdim edilməsi tələbi mövcuddur. Valyuta əməliyyatları ilə bağlı da banklar öz daxili nəzarət sistemlərindən irəli gələrək müvafiq tədbirləri görməlidirlər. Bundan başqa tələb mövcud deyildir”.
Həmçinin oxu
Azərbaycanda Dollar almaq daha da çətinləşdirilibToğrul Əliyevin sözlərinə görə, nağd valyuta əməliyyatları riskli əməliyyatlardır:
“Banklar daxili nəzarət sistemlərinə müvafiq olaraq xüsusi tədbirlər görürlər, həmin əməliyyatların mahiyyəti və məqsədi barədə məlumatları dəqiqləşdirirlər. Əgər hər hansı bir vətəndaş almaq istədiyi xarici valyuta üçün banka təqdim etdiyi manat vəsaitlərinin necə əldə olunması, məsələn, ev satışı, əməkhaqqı, depozit hesabından məxaric və s. sənədlər təqdim etdikdə məhdudiyyətsiz valyuta əməliyyatlarını apara bilərlər. Yəni, sadəcə olaraq banklar qanunvericiliyin tələbinə uyğun olaraq eyniləşdirmə, məqsədi və mahiyyəti barədə dəqiqləşmələr apardıqdan sonra bu əməliyyatları icra edirlər. Əgər hər hansı bir əlavə spekulyativ yollar, “qara bazara” xidmət edən hərəkətlər olduğu təqdirdə banklar bu əməliyyatların aparılmasından imtina edirlər və müvafiq qaydada məlumat təqdim edirlər. Bu qanunvericilik tələbləri birinci gün deyil ölkədə mövcuddur, əvvəllər də olub”.
Qeyd edək ki, banklardan qeyri-rəsmi şəkildə vətəndaşlara bildirilir ki, məhdudiyyətlər bankların qərarı deyil, Mərkəzi Bank tərəfindən tapşırılıb, məqsəd ölkədə Dollar satışını minimuma endirməkdir. Göründüyü kimi, Mərkəzi bank bunu təkzib edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















