Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb
Son 6 ayda ölkəyə 12813 şəxs daxil olub.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyəti ilə bağlı keçirilən onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ən çox əcnəbi gələn ölkələr sırasında ilk üçlükdə Rusiya, Gürcüstan və Türkiyə yer alır.
Hazırda ölkədə yaşayan 127 min əcnəbi var. Bu şəxslər Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrdəndir. Ölkədə daimi yaşamaq üçün 33,3 % faiz artım olub.
Qanunsuz miqrantların saxlama mərkəzlərində 49 nəfər olub, burada da 5,8 faiz azalma olub.
“6 ayda ölkəyə gələn əcnəbilərin sayında azalma var”
Vüsal Hüseynov bğildirib ki, bu ilin 6 ayında ölkəyə gələn əcnəbilərin sayında azalma mövcuddur. Bu səbəbdən olduğu yer üzrə qeydiyyatda da 2,3 dəfə azalma var.
Onun sözlərinə görə, müvəqqəti və daimi yaşamada artım var: “Müvəqqəti yaşama icazəsi 2,3 dəfə, daimi yaşama icazəsi 33,3 faiz artıb. İş icazəsi bu ilin 6 ayında 32,4 faiz artıb. Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət sayında 19,3 artım var. Readmisiya olunan şəxslər 2 dəfə artıb. Ölkəyə gələn əcnəbilərin sayında 2,7 faiz azalma var, bu da pandemiya ilə əlaqədardır”.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 18 d. əvvəl
-
24 d. əvvəl
BOKT-un illik 15% gəlirli istiqrazlarının hamısı alınıb -2 milyon manat cəlb etdi
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank və AYİB-dən biznesə dəstək – Xarici ticarət üzrə maliyyə alətləri təqdim edildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycanda inflyasiya açıqlandı
Unibank və AYİB-dən biznesə dəstək – Xarici ticarət üzrə maliyyə alətləri təqdim edildi
İlham Əliyev: Kamboca ilə birgə istehsal müəssisələrinin yaradılmasını müzakirə etdik
Kreml Zelenskinin seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklifini rədd edib

























