Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan bazarında ən ucuz "cip"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bazarında ən ucuz "cip"

 

Fevral ayından başlayaraq Manatın Dollar qarşısında möhkəmlənməsi bir sıra idxal mallarını daha sərfəli edir. Dolların ucuzlaşması ilə qiymətləri aşağı düşən idxal mallarından biri də avtomobillərdir.

 

Məsələn, ilin əvvəlində 18 min dollara təkilf edilən bir avtomobilin manatla ifadədə qiyməti 34 min AZN edirdisə, bu gün 30 min manatdır. Dolları 1.65 -1.68 manatdan banklara satmaqdansa, məsələn, ehtiyac varsa avtomobil almaq daha doğru qərarlardan biri ola bilər.

 

Bəs indi pulu hansı avtomobilə verməyə dəyər?

 

Son illər dünyada “B-krossover” seqmentindəki (kompakt SUV) avtomobillərə tələb sürətlə artmaqdadır. İnsanların qiyməti aşağı, ancaq SUV olan avtomobillərə daha çox maraq göstərməsilə Azərbaycanda da kompakt SUV sahəsində rəqabət yaranıb. Amma əsl rəqabət indi başlayır. “Auto Azərbaycan” şirkətinin “Yeni mövsümə əla fürsət” şüarı ilə təqdim etdiyi 2017-ci il istehsalı Creta modeli üstün texnologiyaları və münasib qiymətlərilə önə çıxır.

 

Creta yeni nəsil Accent modelinin platformasında yığılmışdır. Avtomobilin konstruksiyasında yüksək möhkəmlikli poladdan geniş istifadə edilmişdir ki, bu da krossoverin kuzovunun burulmaya qarşı sətrliyindən və yüksək dözümlülüyündən xəbər verir.

 

MÖHTƏŞƏM DİZAYN

 

Hyundai CRETA modeli öz seqmentində cazibədar xarici görünüşü ilə fərqlənir. Axıcı cizgilər, hamar şəkildə əyilmiş kapot xətləri, 3 pilləli xrom radiator barmaqlığı, led və diod ön işıqlar, irihəcmli ön bamper, 17 düyümlük lehimli disklər, qapının əlcəyindəki xrom işləmələr, arxa led və diod stoplar, idmansayağı arxa bamper Creta modelinə möhtəşəm dizayn verir.

 

4X4

 

Tam ötürücülü Hyundai Creta modeli 1,6 litr 123 at gücündə və 2 litr 150 at gücündə mühərriklə və 6 pilləli Avtomatik/Tiptronik sürət qutusu ilə təchiz olunur. Modelin ən mühüm üstünlüklərindən biri 4 təkərin də eyni anda çəkməsidir (4x4).

 

Yolsuzluq imkanları ilə bərbər şəhər şəraitinə də tam uyğun olan Hyundai Creta modeli arxa park sensorları və arxa kamera ilə də təchiz olunur.

 

SON TRENDLƏRƏ UYĞUN TEXNOLOGİYALAR

 

Hyundai Creta nə qədər yığcam görkəmə rəğmən, geniş daxili məkan təklif edir. Salonun tərtibatında istifadə edilən materiallar gözlədiyimdən də yaxşı səviyyədədir. Buna misal olaraq ön panelin hazırlandığı yumşaq plastiki göstərmək olar.

 

Hyundai Creta ən son trend texnologiyalara malikdir. “Start stop” düyməsilə işə salınan Creta-nın sükanındakı düymələr ilə telefon, bulutus (Bluetooth) və bort menyunu idarə etmək mümkündür. Avtomobilin “full” modeli dəri salona və dəri sükana malikdir. Əl izi ilə (Touch screen) idarə oluan ekran, iqlim nəzarəti (Climat Control ), ön oturacaqların isitilməsi Creta-dakı təchizatlardan bir neçəsidir.

 

Creta ən vacib təhlükəsizlik avadanlıqları və sistemlərilə təchiz edilib. Onlardan yoxuşda dartıya kömək sistemini (YDKS), elektron stabilliyə nəzarət sistemini (ESNS), təkərin fırlanmasına nisbətdə sükanın hərəkətlərini hiss edən elektron stabilliyə nəzarət sistemini (ESNS), dönmə zamanı görünüşü artıran statik əyilmə işıqları sistemini (SƏİ) qeyd edə bilərik. Avtomobil 6 təhlükəsizlik yastığı ilə təchiz edilir.

 

Creta-nın ön patpresində qızdırma sistemi var. Qışda qar və şaxta zamanı buz örtmüş on şüşə bir düymə ilə qızıdılır.

 

Creta 402 litr yük yeri (baqaj) həcmilə də rəqiblərini üstələyir. Arxa cərgənin oturacaqlarının qatlanması halında bu rəqəm 1396 litrə qədər artırıla bilər.

 

RƏQİBLƏRİNDƏN ƏN AZI 5 MİN MANAT UCUZDUR

 

Rəsmi distrobyutor “Auto Azərbaycan” şirkəti 2017-ci il istehsalı olan Hyundai Creta modelini 4 komplektasiyada təklif edir. Başlanğıc komplektasiyanın qiyməti 17600 ABŞ dollarıdır (bugünkü məzənnə ilə təxminən 30 min manat). 2,0 litr benzin mühərriklə təchiz olunan “Komfort” komplektasiyanın qiyməti isə 21900 dollar təşkil edir (təxminən 37 min manat).

 

Bu gün Creta-nın əsas rəqibləri Nissan Juke, Toyota C-HR, Renault Captur, Renault Duster və Chevrolet Trax modelləridir. Araşdırmamız nəticəsində məlum oldu ki, rəqib modellərin Azərbaycan bazarında qiymətləri Creta-nın qiymətlərindən xeyli yüksəkdir, üstəlik, bəzilərinin istehsal ili 2016-cı ildir. Bir rəqib modelin mühərriki isə 1.4 litrdir. Əgər Hyundai Creta-nın baza komplektasiyasının qiyməti təxminən 30 min manatdırsa, digər modellərin baza komplektasiyalarının qiyməti təxminən 35 min manatdan başlayır və 45 min manatadək çıxır. Hyundai Creta-nın “full” versiyasının qiyməti isə təxminən 37 min manatdır. Qısası, Hyundai Creta Azərbaycan bazarında ən ucuz kompakt krossoverdir.

 

Daha ətraflı: www.hyundai.az

Tel: (012) 989

 

 

Aktiv

Komfort

Komfort

Komfort

Mühərrik Həcmi

 

1.6 Benzin

1.6 Benzin

1.6 Benzin

2,0 Benzin

Maksimum Güc

 

123 a.g / 6300

123 a.g / 6300

123 a.g / 6300

150 ps / 6200

Fırlanma anı

151 Nm / 4850

151 Nm / 4850

151 Nm / 4850

19,6 / 4000

Ağırlıq

1485 kg

1485 kg

1485 kg

1552 kg

Klirens

190 mm

190 mm

190 mm

190 mm

Yük bölməsinin həcmi

402 lt

402 lt

402 lt

402 lt

Yanacaq çəninin həcmi

55 lt

55 lt

55 lt

55 lt

Yanacaq sərfi (qarışıq rejimdə)

 

8,5

8,5

8,5

9

Maksimal sürət

170

170

170

180

Sürətlənmə (0-100 km)

12,1

12,1

12,1

11,3

Ötürücü sistem

6A/T

6A/T

6A/T

6A/T

Qiyməti

17600 USD

18700 USD

20500 USD

21900 USD

 

20.05.2017 20:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ