Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Nazirlik Dövlət Komitəsinin tikdirdiyi mənzilləri satışa çıxaracaq - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik Dövlət Komitəsinin tikdirdiyi mənzilləri satışa çıxaracaq - SİYAHI

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışı qaydası müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nda əksini tapıb.

Reklam_3_11

Qaydaya əsasən, satışa çıxarılan mənzillər üzərində dövlətin mülkiyyət hüqühu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Mənzillərin bazar dəyərini Nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici müəyyən edir. Satış elanı verildiyi tarixdən 1 il müddətində satılmayan mənzillər bu Qaydaya uyğun olaraq yenidən qiymətləndirilir. Mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçirilir.

Mənzillərin onlayn qaydada satışı zamanı Nazirliyin rəsmi internet saytı vasitəsilə aşağıdakılar təmin edilir:

- mənzilləri əldə etmək niyyətində olan hüquqi və fiziki şəxslərin (bundan sonra – şəxslər) real vaxt rejimində Vahid Giriş Sistemindən (“ASAN Login”) istifadə etməklə qeydiyyatı və onlar üçün elektron kabinetin yaradılması;

- bu Qaydaya əsasən yaradılmış elektron kabinetdə mənzillərin satışı ilə bağlı bildirişlərin yerləşdirilməsi və şəxslərə satışa çıxarılan mənzillərə dair məlumatlarla tanış olmaq imkanının yaradılması;

- mənzil seçiminin həyata keçirilməsi.

Mənzillərin satışına hazırlıq məqsədilə Nazirlik aşağıdakı tədbirləri görür:

- mənzillərə dair məlumatları (mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının ünvanı, mərtəbələrin sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, mənzilin ümumi sahəsi (yaşayış və yardımçı sahələr ayrılıqda göstərilməklə), mənzildəki otaqların sayı, mənzilin təmir vəziyyəti və təmirin aparıldığı vaxt) hazırlayır;

- bu Qaydaya uyğun olaraq, mənzillərin hər kvadratmetrinə görə satış qiymətinin müəyyən edilməsini təşkil edir;

- mediada və rəsmi internet saytında satış elanı verir.

Satış elanı satışın başlanması tarixinə azı 15 (on beş) gün qalmış verilməlidir.

Satış elanında aşağıdakı məlumatlar göstərilməlidir:

- mənzillərin satışının başlanması tarixi, saatı və satışın həyata keçirildiyi müddət haqqında məlumat;

- bu Qaydada qeyd olunan məlumatlar;

- mənzil üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış haqqında məlumat.

Mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır və həmin mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılır. Mənzili seçmiş şəxsin elektron kabinetində mənzilin seçilmə vaxtı, seçilmiş mənzili digər şəxslərin seçmək imkanının məhdudlaşdırılması, eləcə də mənzilin seçildiyi vaxtdan etibarən 10 (on) gün müddətində alqı-satqı müqaviləsinin bağlanılması zərurəti barədə dərhal məlumat yerləşdirilir. Mənzil seçimində iştirak edən hər bir şəxsin bir neçə mənzil seçmək hüququ var. Bu Qaydaya uyğun olaraq müəyyən edilmiş müddət başa çatdıqda mənzillərin seçilməsi dayandırılır.

Bu Qaydaya uyğun olaraq seçilməsi imkanı məhdudlaşdırılmış mənzil bu Qaydada müəyyən edilmiş müddətdə həmin elan çərçivəsində əlavə iki şəxs tərəfindən ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bu zaman onların hər birinin elektron kabinetinə, gözləmə ardıcıllığı göstərilməklə, bu barədə müvafiq bildiriş göndərilir. Mənzil seçiminin nəticələrinin bu Qaydaya əsasən ləğv edilməsi barədə mənzili seçmiş şəxsin elektron kabinetində müvafiq bildiriş yerləşdirildikdə, gözləmə qaydasında həmin mənzili seçmiş şəxslərin gözləmə ardıcıllığına uyğun olaraq mənzili almaq hüququ yaranır və bu barədə mənzili seçmiş şəxsin elektron kabinetində müvafiq bildiriş yerləşdirilir. Mənzili seçən şəxslə Nazirlik arasında mənzilin seçimi başa çatdıqdan sonra 10 (on) gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılır. Eyni şəxs tərəfindən bir neçə mənzil seçildiyi halda hər bir mənzilə dair alqı-satqı müqaviləsi ayrılıqda bağlanılır. Mənzili seçmiş şəxs alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bu Qaydada nəzərdə tutulan müddət ərzində gəlmədikdə və ya mənzilin dəyərini tam ödəmədikdə, yaxud mənzili almaqdan imtina etdikdə, həmin şəxsin həyata keçirdiyi mənzil seçimi ləğv edilir, bu barədə həmin şəxsin elektron kabinetində bildiriş yerləşdirilir. Belə halda bu Qayda nəzərə alınmaqla, mənzilin üzərinə bu Qaydada uyğun olaraq qoyulmuş məhdudiyyət götürülür və həmin mənzil növbəti satış elanına daxil edilməklə yenidən satışa çıxarılır. Mənzilllərin hərrac vasitəsilə satışı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

XXX

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası açıqlanıb.

Bu sənəd “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Sənəd Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasını müəyyən edir.

Mənzillərin satışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

Fərmanın 4-cü hissəsinin tələbləri nəzərə alınmaqla, satışına yol verilən mənzillərin sayını Nazirlik müəyyən edir və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirməklə ictimaiyyətə açıqlayır.

KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya

"Report"

11.04.2022 14:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ