AzTV-nin xalis zərəri artıb
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci ili 1 milyon 995 min manat xalis zərərlə başa vurub.
Qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 9,7% çoxdur. AZTV 2020-ci ili 1 milyon 818 min manat xalis zərər ilə bağlamışdı.
Ötən il AzTV-nin gəlirləri 34 milyon 846 min manat (əvvəlki ilə nisbətən 1,4 % çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 31 milyon 141 min manat (0,5 % çox), birja əməliyyatlarından gəlirləri 699 min manat (80,6% çox), sair əməliyyat gəlirləri isə 5 min manat (əvvəlki il olmayıb) təşkil edib.
İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36 milyon 817 min manat (1,8 % çox), o cümlədən sərf etdiyi materialların dəyəri 991 min manat (42 % çox), əmək haqqı xərcləri 21 milyon 485 min manat (4,4 % çox), amortizasiya xərcləri 3 milyon 366 min manat (25,6% az), sair əməliyyat xərcləri isə 10 milyon 976 min manat (5,9 % çox) təşkil edib.
2021-ci ildə AzTV 23 min manat mənfəət vergisi ödəyib ki, bu da 2020-ci illə müqayisədə 6,1% azdır.
Bu il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 24 milyon 292 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 3,8% azalaraq 1 milyon 12 min manata düşüb, balans kapitalı isə 0,6 % artaraq 23 milyon 280 min manata çatıb.
Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı isə 10,725 milyon manatdır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























