Ərzaqda ən böyük şirkət yarana bilər
Amerikanın ərzaq və istehlak malları nəhəngi "Kraft", rəqibi Böyük Britaniyanın "Unilever" şirkətini fevral ayında 140 milyard dollara satın almaq niyyətindən imtina etmişdi. "Marja" xəbər verir ki, bu nəhəng satınalma indi yenidən gündəmdədir.
Dünyanın ən varlı 4-cü adamı milyarder Uorren Buffettın (Warren Buffett) arxasında olduğu "Berkshire Hathaway" və investisiya nəhənglərindən "3G Capital Partners"ın da iştirakı ilə "Kraft"ın gələn ay "Unilever" üçün bir daha həmlə edəcəyi bildirilir.
Satınalma reallaşarsa ərzaq və istehlak malları sənayesinin ən böyük şirkəti ortaya çıxa bilər.
Həm "Kraft", həm də "Unilever" bir çox markaları ilə insanların market alış-verişlərinin mühüm bir hissəsini təşkil edirlər. Məsələn, "Unilever"in tərkibində olan markalar arasında "Algida", Carte d'or, Omo, Lipton, Knorr, Dove, Cif, Calve, Clear, Signal var.
QİYMƏT 200 MİLYARD DOLLARA QALXA BİLƏR
"Kraft"ın imtahanı bu dəfə daha çətindir, çünki 140 milyard dollarlıq əvvəlki təklif, fevral ayından bəri "Unilever" səhmlərinin 20 faiz bahalaşması ilə əlaqədar olaraq 200 milyard dollara çıxa bilər.

"Susquehanna Financial Group"un analitiki Pablo Zuanic, fövqəladə məbləğə baxmayaraq bu satınalmanın "Kraft" üçün çox əhəmiyyətli olduğu və "Kraft"ın təklif vermə ehtimalının 75% olduğu fikirindədir.
"3G Capital", daha əvvəl də Buffettın rəhbərlik etdiyi "Berkshire" ilə ərzaq istehsalçısı "Heinz" şirkətini 2013-ci ildə satın almaq üçün əməkdaşlıq etmiş və 2015-ci ildə də "Heinz" ilə "Kraft"ın birləşməsində baş rolu oynamışdı.
6 AYLIQ MÜDDƏT BAŞA ÇATMAQ ÜZRƏDİR
Digər tərəfdən, "Unilever"in satın alınması, Britaniya hüququna görə, 2017-ci ilin Avqust - Sentyabr dövründən öncə reallaşa bilmir. Çünki Britaniya qanunları bir şirkətin yenidən satınalma təklifi verməsi üçün son təklifin üzərindən ən azı 6 ay keçməsi lazımdır.
"Unilever" üçün "Kraft"ın təqdim etdiyi əvvəlki təklif 19 Fevral tarixində baş vermiş, lakin sonra dostcasına geri çəkilmişdi. Amerikalıların yeni həmlə edə biləcəyi ən yaxın tarix 19 Avqust ola bilər. "Kraft"ın aradan keçən vaxtda başqa bir qida şirkəti üçün satınalma cəhdi göstərməməsi, şirkətin "Unilever"xəyalının yenidən canlana biləcəyini göstərir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
1 gün əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
























