Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı

Azərbaycanda ilk dəfə rulon şəklində qablaşdırılan döşəklər istehsal olunacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib.

 “Komfy” MMC-nin direktoru Fuad Nəcəfov müəssisə barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirilib ki, “Komfy” MMC-yə 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin illik istehsal gücü 130 min ədəd döşəkdir. Burada müxtəlif ölçüyə, konstruksiyaya və sərtlik dərəcəsinə malik döşəklərlə yanaşı, bonel və paket yay sistemləri də istehsal olunacaq. Müəssisədə Azərbaycanda ilk dəfə “roll-pack” formatında, yəni sıxılaraq rulon şəklində qablaşdırılan döşəklər istehsal ediləcək. Bu, daşınma xərclərini azaltmaqla ixrac imkanlarını genişləndirəcək. Beləliklə də məhsulların daxili bazarla yanaşı, digər ölkələrə satışı nəzərdə tutulur.

Müəssisə yerli və xarici hotellərin tələblərinə uyğun döşəklər də istehsal edəcək. Burada 65 nəfər daimi işlə təmin ediləcək. Ümumi dəyəri 2,5 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) dövlət zəmanəti ilə 700 min manat kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 114 min manat dəyərində əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə yaradılmış Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Burada 37 rezident və 2 qeyri-rezident olmaqla, ümumilikdə 39 müəssisə qeydiyyata alınıb. Layihələrin ümumi dəyəri 375,5 milyon manat, faktiki yatırılmış investisiyanın məbləği 192,6 milyon manatdır. Layihələr üzrə hazırda 1000-dən çox insan işlə təmin olunub. Rezidentlərin ümumi satış həcmi 2,96 milyard manata, ixracın həcmi isə 132,6 milyon manata çatıb.

Komfy MMC Komfy döşək zavodu Ağdam Sənaye Parkı ortopedik döşək istehsalı döşək zavodu roll-pack döşək 130 min döşək 2 5 milyon manat investisiya 65 yeni iş yeri Ağdamda yeni zavod Azərbaycan Biznesinin İnkişafı Fondu ABİF 700 min manat kredit dövlət zəmanəti İlham Əliyev Qarabağda sənaye Azərbaycanda döşək istehsalı Ağdam Sənaye Parkının rezidentləri.
07.11.2026 12:44
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19