CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
"CineMastercard" və “Gəncə Mall”-dan şəhid Səxavət Həsənovun xatirəsinə ehtiram. Vaxtilə çalışdığı kinoteatrın divarında şəhid Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb.“Gəncə Mall” ticarət mərkəzində yerləşən CineMastercard kinoteatrında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb. Lövhə şəhidin vaxtilə çalışdığı kinoteatrın divarında yerləşdirilib.
Anım mərasimində şəhidin anası Xatirə xanım, digər şəhid anaları, Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının nümayəndələri, 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev, eləcə də müxtəlif idarə və müəssisələrin təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində məktəbli qız Səxavət Həsənova həsr olunmuş şeir də səsləndirib.
Mərasimdə CineMastercard kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə, “Gəncə Mall” ticarət mərkəzinin direktoru Şərif Ələkbərli və şəhidin anası Xatirə xanım çıxış ediblər. Onlar Səxavət Həsənovun həyat yolundan, Vətən uğrunda göstərdiyi fədakarlıqdan və onun xatirəsinin gələcək nəsillər üçün yaşadılmasının əhəmiyyətindən danışıblar.
Mərasimin sonunda iştirakçılar 44 günlük Vətən müharibəsindən bəhs edən “44” bədii filmini izləyiblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
14 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
18 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 20 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub



























