970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub

AzVak-mobil_resmin_ustu_31
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
iç səhifə xəbər şəkil altı (mobil)_32

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi “ZirvədəSən 2026” Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar, təlimçilər, bankın rəhbər heyəti və dəvətli qonaqlar bir araya gəliblər.

Bu il proqrama 12 mindən çox müraciət daxil olub. Çoxmərhələli seçim prosesindən uğurla keçən 60 gənc iyul–oktyabr ayları ərzində PAŞA Bankın müxtəlif struktur bölmələrində ödənişli təcrübə keçərək bank sektorunda praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanıb.

Reklam_3_11

Dörd ay davam edən proqram çərçivəsində iştirakçılar bankın 27 funksional istiqaməti üzrə gündəlik iş proseslərinə və müxtəlif layihələrə cəlb olunublar. Onların peşəkar inkişafına 55 mentor və 14 təlimçi dəstək göstərib. Bununla yanaşı, təcrübəçilər üçün ümumilikdə 24 saatı əhatə edən 12 təlim təşkil olunub.

Proqram gənclərə nəzəri biliklərini real iş mühitində tətbiq etmək, komanda ilə işləmək, bankın korporativ mədəniyyətini yaxından tanımaq və gələcək karyeraları üçün mühüm təcrübə qazanmaq imkanı yaradıb.

Proqramın nəticəsi olaraq 23 iştirakçı üçün PAŞA Bankda əməkdaşlıq imkanları formalaşıb. Digər perspektivli iştirakçılar isə gələcək iş imkanları üçün bankın namizəd bazasına daxil ediliblər.

Bağlanış mərasimində proqramın nəticələri iştirakçılarla bölüşülüb, təcrübəçilərə sertifikatlar təqdim olunub, onların inkişafına töhfə verən mentor və təlimçilərə təşəkkür bildirilib.

06.11.2026 15:59
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19