Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
Bakının 8 Noyabr prospektində, 13 hektarlıq ərazidə böyük layihə – 44 mərtəbəli qüllə və 15 bina tikilir.4–6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi – “AIREX 2026”da Avant Group da iştirak edib.
Şirkət sərgi çərçivəsində özünün iki mühüm daşınmaz əmlak layihəsini – Avenue 8, Caspi Yards və Caspi Yards-ın seçilən memarlıq nümunəsi olan 44 mərtəbəli Zəfər Qülləsini ziyarətçilərə təqdim edib.
Caspi Yards 8 Noyabr prospektində 13 hektar ərazidə inşa olunan, müasir şəhərsalma prinsipləri əsasında formalaşdırılan genişmiqyaslı yaşayış kompleksidir. Layihə 11 yaşayış və 4 kommersiya binasını əhatə edir. Kompleksin konsepsiyasında yaşayış, biznes, təhsil, səhiyyə və istirahət imkanları vahid məkanda birləşdirilir. Layihənin fərqləndirici xüsusiyyətlərindən biri kompleksin ərazisində birbaşa metro girişinin nəzərdə tutulmasıdır.
Caspi Yards layihəsinin diqqətçəkən memarlıq elementlərindən biri 44 mərtəbəli Zəfər Qülləsidir. Müasir memarlıq yanaşması və yüksəkmərtəbəli quruluşu ilə seçilən Zəfər Qülləsi kompleksin simvolik elementlərindən biri kimi nəzərdə tutulub.
Avenue 8 Bakı şəhərinin mərkəzində, Port Baku və Crescent Mall yaxınlığında yerləşən premium yaşayış layihəsidir. Müasir memarlıq üslubu, panoramik mənzərələri, 31-ci mərtəbədə yerləşən Infinity Sky Pool-u, geniş mənzil planları və sakinlər üçün nəzərdə tutulmuş zəngin infrastruktur imkanları ilə seçilir.
Sərgidə hər iki layihənin memarlıq konsepsiyasını, miqyasını və fərqləndirici xüsusiyyətlərini əks etdirən maketlər nümayiş olundu. Avenue 8 və Caspi Yards maketləri sərgi iştirakçılarının böyük marağına səbəb oldu. Ziyarətçilər layihələrin memarlıq həlləri, infrastruktur imkanları, yaşayış konsepsiyası və üstünlükləri ilə yaxından tanış olmaq fürsəti əldə etdilər.
Sərgi çərçivəsində Avant Group şirkətinin təsisçisi və rəhbəri Əli Hüseynov beynəlxalq qonaqlar, potensial investorlar və biznes tərəfdaşları ilə görüşlər keçirib. Görüşlər zamanı şirkətin həyata keçirdiyi layihələr, Bakı daşınmaz əmlak bazarının inkişaf perspektivləri, investisiya imkanları və mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
“AIREX 2026” daşınmaz əmlak sektorunun müxtəlif istiqamətlərini təmsil edən yerli və beynəlxalq şirkətləri bir araya gətirərək, yeni layihələrin və innovativ həllərin nümayişi, işgüzar əlaqələrin genişləndirilməsi, eləcə də sektorun gələcək inkişaf perspektivlərinin müzakirəsi üçün əlverişli imkan yaradıb.
Avant Group-un sərgidə iştirakı şirkətin həyata keçirdiyi layihələrin daha geniş auditoriyaya təqdim edilməsi, potensial alıcılarla birbaşa ünsiyyətin qurulması və daşınmaz əmlak sektorunda yeni əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 6 d. əvvəl
-
16 d. əvvəl
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
- 55 d. əvvəl
-
1 saat əvvəl
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
Bu biznes gəlirlərdən 1 faiz vergi ödəməli olacaq
Ən çox oxunanlar
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Azərbaycanın şüşə istehsalçısı Dubaydakı nəhəng tikinti layihələrini hədəfləyir – 70 yeni iş yeri yaradılacaq
Bakıda məşhur taksi xidməti yeni brend altında fəaliyyət göstərəcək
Noyabrın 7-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Cəbrayılda yeni içki zavodu açıldı – Prezident və birinci xanım açılışda iştirak etdilər






















