“Mover” şirkəti "sönür" - VƏTƏNDAŞLAR ZƏRƏR ÇƏKİB
“Mover” şirkətinin Türkiyədəki anbarından da yükləri çatırmasının gecikdiyi bildirilir.“Mover” MMC express logistika şirkətinin müştəriləri narazıdırlar. Onlarla Azərbaycan vətəndaşı zərər çəkib.
Qeyd edək ki, “Mover” MMC yükləri (bağlamaları) müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib sahiblərinə təslim edir.
Şirkətin müştərilərinin Marja.az-a etdikləri müraciətlərə və onların sosial mediada paylaşdıqları məlumatlara görə, “Mover” şirkəti 6 aydan çoxdur bir çox vətəndaşın ABŞ-da olan bağlamalarını gətirib təhvil vermir.
Digər məlumata görə, martın 15-dən Türkiyə anbarında olan bağlamalar da gəlmir.
Şirkətin müştəriləri bildirirlər ki, “Mover”ə zəng çatmır, zənglərə və müraciətlərə cavab verilmir. Eyni zamanda şirkətin saytı da düzgün işləmir.
Şirkətin müştəriləri iddia edirlər ki, “Mover” şirkəti fəaliyyətini dayandırmaqdadır. Digər bir iddiaya görə, əməkdaşları belə Şirkətin rəhbərliyi ilə əlaqə saxlaya bilmirlər.
Bakıda "Mover"in məntəqəsində bağlamasının itdiyini də idda edən var.
Şirkətin müştəriləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdiklərini və cavab gözlədiklərini qeyd ediblər.
“Mover” MMC gecikən Amerika bağlamaları ilə bağlı açıqlama da yayıb.
Açıqlamasında Şirkət etiraf edib ki, bir müddətdir ABŞ anbarına daxil olan bağlamaların müştərilərə vaxtında çatdırılmasında problemlərlə (gecikmə) üzləşib və bunu “Silk Way” şirkətinin “Mover”-ə aid bağlamaları daşımasından imtina etməsilə əlaqələndirib. Sözügedən şirkətin məhsul şəxsi tərəfindən “Silk Way” ilə “Mover” arasında hüquqi problemin olduğu bildirilib. “Mover” isə “Silk Way” ilə arasında heç bir hüquqi münasibət - birbaşa və dolayı müqavilə olmadığını bəyan edib. Həmçinin, “Mover” “Silk Way” şirkətilə müqavilə bağlamağa da hazırdır.
"Bildirmək istəyirik ki, bizim “Silk Way” ilə ”əməkdaşlıq” etdiyimiz dövr ərzində sözügedən şirkət ilə heç bir mübahisəmiz, o cümlədən indiki münasibətə səbəb olacaq heç bir hərəkətimiz olmamışdır. Bu problemin həlli istiqamətində tərəfimizdən yüksək səviyyədə danışıqlar aparılır. Odur ki, dəyərli müştərilərimizdən bu məsələdə səbirli və anlayışlı olmağı xahiş edirik!",- Şirkətin məlumatında bildirilir.
“Mover” ABŞ-da yerləşən anbarın fəaliyyətini dayandırıb.
“Mover” şirkəti əlavə olaraq qeyd edib: "Biz ABŞ-dan daşımaları ilin müxtəlif aylarında Türk Hava Yolları vasitəsilə etsək də, ilin digər ayları Türk Hava Yolları təyyarələrinin yük həcminin az olduğu, daşımaların həyata keçirilməsinin mümkünsüz olduğu səbəbilə daşımalar zamanı “Silk Way” ilə əməkdaşlıq etməli olurduq. Sizdən Mover tətbiqi və sayt vasitəsi ilə ABŞ anbarına sifarişləri dayandırmağınızı xahiş edir və bildirmək istəyirik ki, ABŞ anbarına 15.01.2023-ci il tarixindən sonra daxil olan bağlamalar üçün “Mover” MMC məsuliyyət daşımayacaqdır!
Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, siz müştərilərimiz qarşısında öhdəliklərimizi tam formada qəbul edirik və ən qısa zamanda Amerika anbarımızda olan bütün bağlamalar mümkün bütün variantlar ilə sizə çatdıracayıq".
Qeyd edək ki, şirkət bu açıqlamasını ötən ilin dekabr ayının 12-də yayıb. Həmin vaxtdan 4 ay keçməsinə baxmayaraq bu gün də müştərilər bağlamalarını qəbul edə bilməyiblər.
Müştərilər qeyd edirlər ki, şirkət öncədən gözlənilən problemlər barədə onları məlumatlandırmalı idi.
Əlavə edək ki, “Mover” şirkəti artıq 3 aydır sosial media səhifələrində paylaşımlar da etmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
9 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb















